Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Milli Şuranın 23 fevral mitinqinə hansı partiya gedir, hansı yox...

Pənah Hüseyn: “Əsas kütləvilik yox, vətəndaşların öz mövqeyini ortaya qoymasıdır”; Sərdar Cəlaloğlu: “Kiçik çaplı mitinqlər böyük ideyaları mənasızlaşdırır”

Yenixeber.org: Milli Şura növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinq fevralın 23-nə təyin edilib. Bu barədə Milli Şura sədri Cəmil Həsənli məlumat yayıb.

“Mitinqin əsas tələbləri siyasi məhbusların azad edilməsi, xalqdan oğurlanmış pulların xalqa qaytarılması, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsi, yəni soyğunçu bank borclarının ləğv edilməsi, uşaq pullarının verilməsi və sair demokratik çağırışlardan ibarətdir” deyə, C.Həsənli qeyd edib. Amma artıq fevralın 20-dir və mitinqə üç gün qalsa da, meriyadan rəsmi cavab yoxdur. Bəs hansı partiyalar MŞ-nin mitinqinə dəstək verməyə hazırlaşır?

“Bizə mitinqdə iştirakla bağlı Milli Şuradan müraciət olmayıb. Bu bir məsuliyyətdir, biz öz məsuliyyətimizi bilirik. Ümid Partiyasına dəvət olsaydı, təşkilatın strukturları bunu müzakirə edib müvafiq qərar verəcəkdik ki, iştirak etmək istəyirik, ya yox. Amma belə müraciət olmayıb”.

Ä°qbal AÄazadÉ ile ilgili görsel sonucu

Bu sözləri “Yeni Müsavat”a Ümid Partiyasının  sədri İqbal Ağazadə Milli Şuranın 23 fevrala təyin etdiyi mitinqdə iştirak haqda danışarkən bildirdi.  Ümid sədri qeyd etdi ki, mitinq təşkilatçısı partiyalara müraciət etməlidir: “Biz vətəndaş deyilik ki, mitinqə çağırışa fərdi qaydada qoşulaq. Partiyalara dəvət olur, müzakirə edilir”.

“Bu gün mitinqlər nə dərəcədə aktualdır və hakimiyyətə təzyiq yoludur” sualına isə cavabında İ.Ağazadə söylədi ki, hər bir təşkilatın öz baxışı var: “Azərbaycanda siyasi partiyaların mitinq, piket keçirmək hüququ var və hər bir təşkilat qərar verməkdə sərbəstdir. Əgər onlar bu şəkildə demokratikləşməyə nail olunacağını düşünürlərsə, biz heç bir şərh verə bilmərik”.

PÉnah Hüseyn ile ilgili görsel sonucu

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn mitinqə icazə veriləcəyi halda dəstək verəcəyini açıqladı: “Biz partiya olaraq mövqeyimizi açıqlamışıq, mitinqdə iştirak edəcəyik. Mitinqlər vətəndaşların ifadə azadlığıdır. Bununla ölkədəki sosial-iqtisadi məsələləri, Qarabağ problemini diqqətə çatdırmalıyıq və mitinqlər təzyiq vasitələrindən biridir”.

“Bəzi partiyalar onlara dəvət gəlmədiyi üçün iştirak etmir” fikrin P.Hüseyn bunu onların öz işi kimi qiymətləndirdi. P.Hüseyn hesab edir ki, mitinqdə kütləvilik yox, vətəndaşların öz mövqeyini ortaya qoyması vacibdir.

SÉrdar CÉlaloÄlu ile ilgili görsel sonucu

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dedi ki, ölkədə demokratik proseslərə dəstək qərarı verillər: “Dövlətin, millətin əleyhinə olmayan birliklərdə iştirak etməliyik. Əgər icazəli mitinq keçiriləcəksə, dəstək verəcəyik”.

S.Cəlaloğlunun fikrincə, kiçik çaplı mitinqlər böyük ideyaları mənasızlaşdırır: “Qarabağ tələbi və ya hakimiyyətə az təsiri olan məsələlərlə bağlı sayca az adamın iştirak etdiyi mitinqlərə zərurət yoxdur. Amma Mehman Hüseynov və ya iqtisadi problemlər üçün mitinqlər lazım idi. Fundamental məsələlərlə bağlı lokal mitinqlərin qəti əleyhinəyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam