Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Mitinqin çoxminli olacağına əminik”

 

110600095603

     "Xeberinfo.com": Məlum olduğu kimi, Demokratik Qüvvələrin Milli Şurası noyabrın 10-da Bakının Yasamal rayonu ərazisində yerləşən “Məhsul” stadionunda mitinq keçirmək haqqında qərar verib. Bu məqsədlə şəhər hakimiyyət orqanlarına məktubla müraciət edilib. Mitinqə hazırlığın gedişini Milli Şuranın sədri professor Cəmil Həsənli Turan agentliyinə şərh edir.

- Cəmil müəllim, ilk öncə mitinqin noyabrın 10-na, həftənin birinci gününə təyin edilməsi cəmiyyətdə müəyyən suallar doğurub. Xahiş edirik buna aydınlıq gətirəsiniz.

- Bəli, mitinq ayın 10-na, həftənin birinci günü, günorta saat 15:00-a təyin edilib. Amma nəzərə almaq lazımdır ki, mövcud qanunvericiliyə görə, qarşıdakı həftənin birinci günü, yəni noyabrın 10-u qeyri- iş günüdür. Noyabrın 9-u, yəni Dövlət Bayrağı günü bazar gününə təsadüf etdiyindən, mövcud qaydalara görə, vətəndaşlara əlavə istirahət günü verilir və bu da noyabrın 10-na düşür. Bu səbəbdən heç bir narahatçılıq yoxdur.

- Zəhmət olmasa, deyərdiniz mitinqə hazırlıq işləri necə gedir?

- Noyabrın 5-də Milli Şuranın Koordinasiya Mərkəzində 10 noyabr mitinqinə hazırlığın gedişi müzakirə edilib. Bəri başdan deyim ki, Milli Şuranın mitinqində iştirak etmək arzusunda olanlar çoxdur və biz mitinqin çoxminli olacağına əminik. Bildiyiniz kimi, siyasi məhbus məsələsi və insan haqlarının vəziyyəti çox böhranlı bir həddə çatıb. Bu gün onların sayı 100-dən çoxdur. Hətta antidemokratik rejimlər kimi uzun müddət duyanın hədəfində olan nə Belarusda, nə də Rusiyada belə vəziyyət yoxdur. Bu durum ölkəmizin adına, onun demokratik ənənələrinə bir ləkədir. Ona görə də məqsəd və məramımız siyasi məhbusları, vicdan məhbuslarını müdafiə etmək, onlara dəstək verməkdir. İnsan hüquqları ilə bağlı ölkəmizdə yaranmış ağır durumu diqqət mərkəzinə gətirmək, ictimaiyyətin diqqətinə buna cəlb etmək, demokratik dəyişiklik istəyimizi, avrointeqrasiya arzumuzu ifadə etmək mitinqin başlıca qayəsi olacaq. Bütün bunlar Azərbaycan xalqının böyük bir hissəsinin istək və arzusudur. Mitinqə hazırlığın çıxış nöqtəsini də məhz bu ideyalar təşkil edir. Əslində mətbuatda, saytlarda, sosial şəbəkələrdə mitinqi zəruri edən səbəblər haqqında çox maraqlı müzakirələr gedir və bu müzakirələr özü də mitinqin çoxminli olacağına bir təminatdır.

- Son günlər mətbuatda siyasi partiyaların, o cümlədən İslam Partiyasının, bir sıra cəmiyyət və təşkilatların mitinqə dəvət edilməsi, çıxışçıların dairəsi, mitinqin təhlükəsizliyi ilə bağlı çoxlu suallar yaranıb.

- Mitinqlə bağlı, cəmiyyəti, mətbuatı və hətta müxtəlif dairələri maraqlandıran sualların böyük bir hissəsini Koordinasiya Mərkəzinin toplantısında müzakirə etmişik və bütün bu məsələlərə münasibətdə Milli Şuranın mövqeyini müəyyənləşdirmişik. Biz ötən dəfə, oktyabr ayının 12-də olduğu kimi 10 noyabr mitinqini də Milli Şuranın dinc, dünyəvi, çağdaş dünya dəyərlərinə uyğun mitinqi kimi keçirməyə qərar vermişik. Koordinasiya Mərkəzinin toplantısında, ayrı-ayrı partiya və siyasi qurumlara xüsusi dəvət göndərilməsi məqsədəuyğun sayılmayib. Bu, haqqında söhbət gedən İslam Partiyasına da aiddir. Kim özünü siyasi məhbusların müdafiəsində görmək istəyirsə, siyasi mülahizələrlə həbs edilmiş insanlara dəstək vermək istəyirsə buyursun gəlsin, öz vətəndaş mövqeyini ifadə etsin. Milli Şura olaraq biz siyasi, dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq bütün siyasi məhbusları müdafiə edirik. Elə bu məramla da siyasi, dini, milli və etnik mənsubiyyətindən asılı olmayaraq fəal vətəndaş mövqeyi olan hər kəsi mitinqə dəvət edirik.

- Cəmil müəllim, ötən mitinqdə təxribat xarakteri daşıyan İŞİD-ın bayrağını qaldırmağa təşəbbüs edildi, bu dəfə Milli Şuranın mitinqini hansı təxribatlar gözləyə bilər?

- Milli Şuranın 12 oktyabr mitinqində İŞİD-ın bayrağını qaldırmağa cəhd hakimiyyətin uğursuz təxribatı idi. Biz bu təxribatın hansı niyyətlə, hansı hakimiyyət orqanı tərəfindən törədildiyini bilirik. Lakin qarşıdakı mitinqdə belə təxribat hallarına digər formalarda cəhd edilə biləcəyini də istisna etmirik. Biz dinc və dünyəvi mitinq keçiririk, tələblərimiz, hədəflərimiz, şüarlarımız insan haqlarına sayğılı münasibətə, siyasi məhbuslarsız Azərbaycana hədəflənib. Bunun xaricində hansısa bir siyasi, dini qrupların müxtəlif dövlətlərin bayraqlarını qaldırması, ekstremist dini təmayüllərin simvollarını nümayiş etdirməyə cəhd etməsi şübhəsiz ki, təxribat kimi qiymətləndiriləcək. Biz hesab edirik ki, məramımız azad, müstəqil, demokratik Azərbaycan olduğu üçün başımızın üzərində də Azərbaycan bayrağı dalğalanmalıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam