Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Milli Şura mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi

 

Milli Şura mayın 3-də “İnşaatçılar” metro stansiyası yaxınlığındakı “Məhsul” stadionunda növbəti mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
"Xeberinfo.com":  Məlumata görə, bunu Modern.az-a açıqlamasında AXCP sədrinin müavini, Milli Şura üzvü Fuad Qəhrəmanlı deyib.
Aprelin 26-dan mitinqlə bağlı olaraq təbliğat kampaniyasının başlandığını vurğulayan Fuad Qəhrəmanlı bildirib ki, sosial şəbəkələr üzərindən müvafiq təbliğat-təşviqat işlərinin aparılmasına start verilib:
“İnsanlara bu aksiyada iştirakla bağlı Milli Şuranın “Facebook” səhifəsindən dəvətlər göndərilir. Paralel olaraq Xalq Cəbhəsinin rayon təşkilatlarında mitinqə hazırlıqla bağlı tədbir və müşavirələr keçirilib. Təbliğat zamanı canlı təbliğat imkanlarından da istifadə olunacaq. Nəzərdə tutulur ki, ölkənin ictimai-siyasi xadimlərinin mitinqlə bağlı Azərbaycan xalqına müraciətləri təşkil olunsun.
Mitinqin yüksək səviyyədə təşkil olunması üçün lazımi texniki problemlərin də təmin olunması başa çatmaq üzrədir. Ümid edirik, yüksək səviyyəli bir mitinq olacaq”.
Fuad Qəhrəmanlı əlavə edib ki, mitinqdə iştirakla bağlı hər hansı məhdudiyyət olmayacaq:
“Milli Şura keçirdiyi aksiyalarda heç bir partiyaya dəvət göndərmir. Bu, ümumxalq mitinqi olduğu üçün hamı orda iştirak edə bilər. Yalnız təşkilatçı Milli Şuradır. Cəmiyyətin bütün təbəqələrindən olan şəxslərin bu mitinqdə iştirakı gözlənilir. Çünki mitinqin əsas tələbi bahalaşmaya etiraz və sosial tərəflərlə bağlı çağırışlardır. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs mitinqdə iştirak edə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam