Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Ümummilli liderin ildönümünə həsr olunan sərgi keçirilib

 

Bu gün Bakıda Türkiyənin Anadolu Agentliyi, Yunus Əmrə Türk Kültür Mərkəzi və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) birgə təşkilatçılığı ilə Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə bağlı foto-sərgi təşkil edilib.

"Xeberinfo.com": Məlumata görə, sərgidə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, AzərTAc-ın baş direktoru Aslan Aslanov, TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas və digər şəxslər iştirak ediblər.

 

Sərginin açılışında çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov rəsm sərgisinin təşkilatçılarına minnətdarlığını bildirib.

 

O deyib ki, Heydər Əliyev aramızda olmasa da, onun ideyaları, həyata keçirdiyi siyasət uğurla davam etdirilir: “Bu gün yaşadığımız və fəaliyyət göstərdiyimiz müstəqil Azərbaycan dövləti ulu öndərin ideyalarının əbədiliyini nümayiş etdirir. Heydər Əliyev Azərbaycanın dövlətçilik tarixində özünün əbədi yerini tutub. Biz yaşadıqca, Azərbaycan xalqı yaşadıqca, bu yer bizim qəlbimizdə əbədi yaşayacaq”.

 

TRT-nin baş direktoru Şenol Göka, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Meral Barlas çıxışlarında Heydər Əliyevin gördüyü işlərdən danışıblar. Onlar Azərbaycan və Türkiyə arasında əməkdaşlığın möhkəmləndirilməsində Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar.

 

Sonda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan rəsmlər nümayiş olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam