Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ümummilli liderə həsr olunan guşə yaradıldı

 

Ukraynanın Truskavets şəhərində, “Karpatı” hotelində ümummilli lider Heydər Əliyevə həsr olunan guşə yaradılıb. 

"Xeberinf.com": Məlumata görə, Azərbaycan Ukrayna Beynəlxalq Alyansın təşəbbüsü ilə yaradılan guşənin açılışında çıxış edən alyansın rəhbəri Elmar Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin ən böyük mirası müasir, müstəqil və suveren Azərbaycan dövlətidir: “Mən Heydər Əliyevin göndərişi ilə Ukraynada təhsil almışam. Məhz ümummilli liderin sayəsində minlərlə insan xarici ölkələrdə təhsil alaraq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində böyük xidmətlər göstərir”.

E.Məmmədov deyib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımızın rifahı naminə gördüyü misilsiz işlər bugünkü Azərbaycanı daha qüdrətli edib.

Onun sözlərinə görə, ümummilli liderin aramızda olmadığı son 11 il ərzində onun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən və qətiyyətli siyasət sayəsində Azərbaycan dövlətçiliyi daha da güclənib, xalqımız tərəqqiyə nail olub. Həmçinin Azərbaycanın malik olduğu geosiyasi qüdrəti real gücə çevrilib: “Xalqla iqtidar arasındakı birlik Azərbaycanın uğurlarının əsas səbəbidir. Çünki iqtidarın siyasətinin təməlində Azərbaycan xalqı, vətəndaşı, onun problemləri, qayğıları dayanır”.

Truskavets şəhər merinin müavini Yuri Yavorski çıxışında bildirib ki, Azərbaycan və Ukrayna arasında dostluq və qardaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, bu əməkdaşlığın təməlini ulu öndər Heydər Əliyev qoyub.

Tədbirdə çıxış edən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimi Mürsəl Həmidov bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan güclü inkişaf yoluna keçib: “Əgər ümummilli lider Heydər Əliyev olmasaydı, bu gün güclü Azərbaycan olmazdı. Heydər Əliyev böyük tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun banisidir: “1993-cü ilə qədər Azərbaycanın müstəqilliyinin qorunması şübhə altında idi. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Bu gün də onun layiqli davamçısı bu siyasəti davam etdirir”.

Tədbirə təşkilati dəstək verən “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyin sədri Emil Hüseynli bildirib ki, bu gün adi bir gün deyil: “Ukraynanın gözəl məkanında Heydər Əliyev guşəsi yaradılıb. Bu, Azərbaycan və Ukrayna xalqlarının səmimi, dostluq münasibətlərinin nəticəsidir. Bu, Heydər Əliyevin xatirəsinə olan sevginin, ehtiramın göstəricisidir”.

E.Hüseynli deyib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Ukrayna xalqı üçün böyük xidmətlər göstərib: “1986-cı ilin avqustunda "Admiral Naximov" adına sərnişin gəmisinin Qara dənizdə batması nəticəsində 400-dən çox insan ölüb. Xilas edilən insanların sayı 800-dən çox olub. Heydər Əliyev gəminin sərnişinlərinin xilas edilməsi üçün misilsiz xidmətlər göstərib. 90-cı illərdə Ukraynada yaranan böhran zamanı Heydər Əliyev yenə də öz köməkliyini əsirgəməyib. Bu cür faktları çox sadalamaq olar”.

Onun sözlərinə görə, Heydər Əliyev siyasəti bu gün onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir və bundan sonra da davam ediləcək.

Tədbirdə çıxış edən Sona Ramazanova bildirib ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Bu gün də bu siyasət uğurla davam etdirilir.

Qeyd edək ki, ümummilli liderin anım günü ilə bağlı Azərbaycan Ukrayna Beynəlxalq Alyansın təşəbbüsü ilə Truskavets şəhərinin mərkəzi meydanında yerləşən elektron tabloda son bir həftədə Heydər Əliyevin anılması ilə bağlı çarxlar da yayımlanıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam