Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Əli Həsənov TRT-nin baş direktoru ilə görüşdü

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyədə TRT-nin baş direktoru Şenol Göka ilə görüşüb.

"Xeberinfo.com":  Məlumata görə, AzərTAc xəbər verir ki, “Bir millət, iki dövlət” kəlamının xatırlandığı görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən, xüsusilə media sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilib.
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov TRT-nin fəaliyyətini yüksək qiymətləndirib. Ş.Göka xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə TRT-nin daim dəstək verdiyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, eləcə də media sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib, həyata keçirilən birgə layihələrin bu əməkdaşlığı daha da genişləndirəcəyinə əminlik ifadə edilib.
Ş.Göka bildirib ki, TRT tərəfindən ortaq coğrafi məkanda istifadə edilən türk sözlərinin üç dildə (türk, Azərbaycan, Türkmənistan) tələffüzünün əks olunduğu səsli lüğətin hazırlanması üzərində iş yekunlaşmaqdadır. Bu layihə xalqlarımızın daha da yaxınlaşmasına, bir-birilərini daha yaxşı başa düşmələrinə kömək edəcək.
Prezident Administrasiyasının rəsmisi Əli Həsənov layihənin çox yaxşı təşəbbüs olduğunu vurğulayıb.
Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşdə iştirak edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam