Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Klinton:“Tramp Putinə hədiyyə verdi...”

 

Klinton: “Tramp Putinə hədiyyə verdi...”
ABŞ-ın sabiq dövlət katibi, 2016-cı il prezident seçkilərində məğlub olmuş Hilari Klinton prezident Donad Trampın “Orta və yaxın mənzilli ballistik raketlərin ləğvi haqqında” müqavilədən çıxmaq qərarını sərt tənqid edərək, bunun Rusiya prezidenti Vladimir Putinə “hədiyyə” olduğunu deyib.
 Yenixeber.org: "The Hill” qəzetinə istinadən xəbər verir ki, Klinton belə bir bəyanatla Corctaun Universitetindəki tədbirdə çıxış edib.

“Düşünürəm ki, bu, Putinə hədiyyədir. Tramp administrasiyası müqaviləni pozduğuna görə Putini heç bir məsuliyyətə cəlb etmədən sazişdən çıxdı. Hazırda dünya lazım olan ən sonuncu şey nüvə silahlanması yarışıdır” – Klinton vurğulayıb.

Sabiq dövlət katibi onu da bildirib ki, Trampın yerinə olsaydı, yaranmış vəziyyətlə bağlı daha diplomatik yanaşma sərgiləyərdi. Çünki Rusiya ilə hansısa başqa formada razılaşma əldə etmədən müqavilədən çıxmaq regionda qeyri-müəyyənliyi daha da artıracaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam