Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Generallar və polis Madurodan üz çevirməyə başladı-Video

 

Venesuela Hərbi-Hava Qüvvələrinin generalı Fransisko Esteban Yanes Rodriges Xuan Quaidonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Yenixeber.org: Onun müraciəti “El Nacional” qəzetində dərc edilib.

“Bu gün vətənpərvər və demokratik fəxrlə bəyan edirəm ki, Xuan Quaidonu Venesuela Bolivar Respublikasının prezidentinin vəzifələrini icra edən kimi tanıyıram”, - o, özünün videomüraciətində bildirib.

Generalın sözlərinə görə, silahlı qüvvələrin şəxsi heyətinin 90%-i ölkənin rəsmi prezidenti Nikolas Maduronu dəstəkləmir.

Hərbi Hava Qüvvələrində isə Quaydonun tərəfinə keçən generalı "satqın" elan ediblər.

Bu arada polis sıralarında da diktator Maduroya dəstəyin laxladığı haqda xəbərlər gəlir. Belə ki, Lara ştatında, Barkisimeto şəhərində polis Xuan Quaydonun tərəfdarlarının mitinqini dağıtmaqdan imtina edib və meydanı tərk edib. Yerli jurnalistlərdən biri sosial şəbəkədə bu barədə yazıb və bildirib ki, milli bolivar polisi vətəndaşların Xuan Quaydonun dəstəklənməsi üçün səfərbər olmasına şərait yaradaraq meydandan çəkilir. Jurnalistin hadisə yerindən yaydığı görüntülərə əsasən mühafizə şlemləri və qalxanları ilə təchiz olunmuş polislər etirazçılarla qucaqlaşır, daha sonra alqış sədaları altında mitinq meydanını tərk edir.

 

 

Yerli qəzetlərdən biri isə polis zabitinin sözlərini sitat gətirib: "Mən xalqı repressiyaya məruz qoymaqdansa öz adamlarımı küçədən yığışdırmağı üstün tutdum".

Qeyd edək ki, bu gün Venesuela boyu həm Maduronun, həm Quaydonun tərəfdarları mitinqlər keçirir.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam