Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yeni başçı sabiq rəhbərin kadrlarını təmizləyir

 

Alimpaşa Məmmədov böyük təmizləmə əməliyyatına başlayıb.

 

"Xeberinfo.com":   Şəmkirdən daxil olmuş məlumatda icra başçısının köhnə rəhbərin zamanından qalmış şəxsləri vəzifədən kənarlaşdırdığı bildirilib.

 

Artıq Şəmkir kəndlərində müəyyən görüşlər keçirən başçının daha bir neçə məmuru vəzifədən çıxarmaq ehtimalı var. Belə ki, başçı iki ay öncə vəzifəyə təyin olunmasına baxmayaraq, artıq üç məmuru istefaya göndərib.

 

Şəmkir rayon sakinlərinin verdiyi məlumata görə, istefaya göndərilən hər üç şəxs əhali arasında sevilməyən adamlardır. Rayonun Torpaq və xəritəçəkmə şöbəsinin rəhbəri Rüstəm Rüstəmovun istefaya göndərilməsi buna sübut kimi göstərilir. Rüstəmovun fəaliyyəti Şəmkir əhalisinin etirazına səbəb olubmuş. Belə ki, torpaqların paylanılması və satılması zamanı özbaşınalığa yol verilməsi Rüstəmova qarşı etirazların alovlanmasına şərait yaradıb. Lakin maraqlı məqam istefaya göndərilən şəxs barədə açıqlama verən icra hakimiyyəti məmurunun bunu yaş senzi ilə əlaqələndirməsi oldu. 

 

Digər istefa isə daha mühüm əhəmiyyət kəsb etdi. Belə ki, bu dəfə yeni başçı öz müavinini vəzifəsindən çıxartdı. Şəmkir rayon icra başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri Tağızadə Pərviz Bəhram oğlunun yerinə Mustafayev Rasim Yaqub oğlu təyin edildi. Maraqlıdır ki, onun da istefası səhhəti ilə əlaqələndirildi.

 

Daha bir məqam isə Alimpaşa Məmmədovun başçının köməkçisi vəzifəsini yerinə yetirən Mail Məsimovu istefaya göndərməsidir. Doğrudur, digər istefalarla müqayisədə bu o qədər də önəmli məsələ kimi görünmür. Amma istənilən halda bu, sonradan olacaq dəyişikliklərin ilk siqnalı idi. Yəni başçı Nizami Veysova yaxın, amma cəmiyyət arasında etibar qazanmamış, eləcə də onun imkanlarını zərrə qədər də olsa, zəiflədəcək kadrları öz ətrafından təmizləyir.

 

Sakinlər Alimpaşa Məmmədovun yaxın zamanlarda müavinləri ilə də vidalaşacağı gümanındadır. Mediaya sızdırılan ehtimallar sıradasında istefaya gedəcək müavinlərin Qüdrət Əliyev və Fəxrəddin Vəliyev olduğu bildirilir. Hər iki müavinin bu ilin yanvarında təyin edilməsi isə istefaların qarşısında əsas maneə sayılır. Buna baxmayaraq, mətbuatda bu şəxslərin Nizami Veysova yaxın olduğu hallandırılır.

 

Qeyd edək ki, Alimpaşa Məmmədov oktyabrın 8-də Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir Rayon İcra Hakimiyyətinə rəhbər təyin edilib. O bu vəzifədə Nizami Veysovu əvəzləyib. Alimpaşa Məmmədov bundan öncə də Şəmkirdə çalışıb. O, bir müddət Şəmkir Rayon Vergilər İdarəsinin rəhbəri olub. İcra başçısı təyin olunana qədər isə A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam