Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

183 vəkil aclıq aksiyası keçirəcək-Ermənistanda

 

Ermənistanda 183 vəkil aclıq aksiyası keçirəcək

Ermənistanda vəkillər ölkənin hüquq-mühafizə orqanlarının qanunsuz araşdırmalarına və axtarışlarına qarşı etiraz olaraq sabahdan aksiya keçirəcək.

Yenixeber.org: Bu haqda aksiya təşkilatçılarından olan vəkil Yervand Varosyan öz “Facebook” səhifəsində qeyd edib. 

“Qanunsuz araşdırmalar, axtarışlara qarşı vəkillər (hazırda 183 vəkil aksiyaya qoşulub) tərəfindən təşkil edilən etiraz aksiyası çərçivəsində, 13 sentyabr 2017-ci il saat 11:00 radələrində Konqres mehmanxanasının Pikaso salonunda iclas keçiriləcək. Aksiyada iştirak edən vəkillər tədbirdə hüquq müdafiəçilərini, ictimai təşkilatları və beynəlxalq qurumların nümayəndələrini görməyə şad olardı” - deyə Varosyan yazıb. 

Bəzi vəkillər isə aclıq aksiyası keçirəcəyini bəyan ediblər. 

Qeyd edək ki, “Sasna Tsrerin” məhkəmə iclasları zamanı, vəkillər onlara qarşı tətbiq edilən qanunsuz axtarışlara qəzəbləniblər. “Sasna Tsrer” siyasi qruplaşmasının işi məhkəməyə göndərildikdən sonra, məhkəmələrdə vəkillər barədə araşdırma başlanılıb. Onlar isə, bunun araşdırma deyil, qanunsuz bir axtarış olduğunu iddia edirlər. Bu səbəblə bir neçə vəkil, çantasını açmaqdan imtina etdiyinə görə, uzun müddət məhkəmə zalına buraxılmayıb.

Alpər Mövludoğlu
AzVision.az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam