Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Avropa Oyunlarını boykot çağırışına iqtidardan reaksiya

 

“Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları Azərbaycana qarşı qərəzli bəyanatlar yayamaqla məşğuldur.

"Xeberinfo.com":  Məlumata görə, bunu azvision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Deputat “Amnesty International” təşkilatının bu ilin yayında Azərbaycanda keçiriləcək I Avropa Yay Oyunlarını boykot etməyə çağıran müraciətinə münasibət bildirib. Millət vəkili qeyd edib ki, artıq bütün dünya həmin təşkilatların bəyanatlarına inanmır: “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” təşkilatları erməni lobbisinin maliyyəsi və təhriki ilə bu işləri aparırlar. Bu cür təşkilatların hansı bəyanat verməsindən asılı olmayaraq bütün cəmiyyət onları qəbul etmir. İnsanlar bilirlər ki həmin təşkilatların bəyanatları uzun illərdir ki, qərəzlidir və belə də davam edir.

Avropa dövlətləri artıq öz bəyanatlarını veriblər və Olimpiya Oyunlarında da iştirak edəcəklər. Avropa Olimpiya Oyunları ilə bağlı bütün tədbirlər yüksək səviyyədə həyata keçirilir. Təhükəsizlik tədbirləri görülür. Heç bir problem olmayacaq".

Xatırladaq ki, “Amnesty International” təşkilatı Azərbaycanda keçiriləcək I Avropa Yay Oyunlarını boykot etməyə çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam