Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ölkəmizdə Nüvə Araşdırmalar Mərkəzi yaradılır

 

"Nüvə Araşdırmaları Mərkəzinin yaradılması prosesi uzun zaman tələb edir"

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Xırdalanda Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi və bunun əhalinin təhlükəsizliyinə təsir edib-etməyəcəyi haqqında Report-un sualını şərh edərkən bildirib.
 
Onun sözlərinə görə, obyektin tikilməsinə və istismara verilməsinə qədər Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) 19 bənddən ibarət tələbləri yerinə yetirilməlidir:
"Yəni bu məsələ çox ciddi və böyük əmək və sənədlər toplusu tələb edir. Heç bir ölkə, heç bir xalq odla oynamaq istəməz. Digər tərəfdən, tədqiqat reaktorları az gücə malik olurlar. Onlar şəhərlərdə yaradılır. Məsələn, Dubnadakı Kurçatov institutu buna misal ola bilər. Bunun qorxulu və ya təhlükəli olduğunu demək olmaz. Üstəlik, əgər MAQATE-nin bütün şərtlərinə əməl olunacaqsa".
 
F.Tağızadə qeyd edib ki, Azərbaycanın Nazirlər Kabinetinə ölkənin 14 nazirlik və idarələrdən ibarət böyük işçi qrupunun yaradılması ilə bağlı təklif irəli sürüləcək, onlar bütün bu məsələlərin həllində iştirak edəcəklər: "Hesab edirəm ki, hazırlıq üçün azı 2-3 il tələb olunacaq. Bu çox uzun prosesdir. Layihələndirmə, reaktorun necə olması, gücü ilə bağlı məsələlər böyük zaman tələb edir".
 
Nazir müavini vurğulayıb ki, layihənin reallaşdırılmasında KİV ilə işlərin aparılması MAQATE və Avropa Birliyinin əsas tələblərindən biridir.
 
Təhkükəsizlik və prosesin necə həyata keçirilməsindən başqa, MAQATE və AB-nin əas tələblərindən biri media ilə ünsiyyət və əhalinin daim proseslərdən xəbərdar olmasıdır. O bu məsələ ilə bağlı Azərbaycan ərazilərinin yoddan təmizlənməsi işlərini misal gətirib: “Mən tıxaclardan qorunmaq üçün xammalın axşam daşınmasını təklif etdim. Ekspertlər qəti sürətdə buna etiraz etdilər. Çünki insanlar nəsə təhlükəli bir şeyin daşındığını düşünə bilərlər. Yaxşısı budur ki, hər şey gündüz edilsin və hər kəs görsün".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam