Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xüsusi qrup göndərir

268830_res_01

Yaxın həftələrdə Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini əldə etməsinin yaratdığı narahatlıqla əlaqədar ABŞ Türkiyəyə xüsusi texniki qrup göndərəcək. Bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir açıqlama verib.

Yenixeber.org: “Biz “S-400”lərin yaxınlığında “F-35” qırıcılarının yerləşdirilməsinin potensial problemlər yaradacağı ilə bağlı mütəmadi çıxışlar eşidirk. Və biz həmişə öz amerikalı həmkarlarımızı gördüyümüz tədbirlər barədə məlumatlandırmışıq. Hərçənd, bir ildən çoxdur ki, bu barədə danışmalarına baxmayaraq, onlar texniki risklərin qiymətləndirilməsi üçün indiyədək Türkiyəyə gəlməyiblər. Türkiyə tərəfi narahatlığın aradan qaldırılması üçün bir neçə dəfə amerikalı məmurları dəvət edib. Nəhayət, yaxın həftələrdə onlar komanda göndərəcəklər”, – Dəmir vurğulayıb.

Nazir bildirib ki, Türkiyə Rusiyadan aldığı “S-400”ləri digər hərbi və radiolokasiya sistemlərilə inteqrasiya etdirmədən müstəqil avadanlıq kimi istifadə edəcək.  Dəmir digər bir vacib məsələyə də toxunaraq qeyd edib ki, Ankaranın aldığı “S-400”lərdə yalnız Türkiyənin özünün müəyyənləşdirdiyi “dost” və “düşmən”in kimliyi sistemi və proqram təminatı olacaq.

“Rusiyadan “S-400” sistemlərinin alınması o demək deyil ki, Türkiyə hava məkanının müdafiəsinin bütün tələbləri tam ödənir”, - deyə nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam