Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kreml bazanı çıxarıb, İrəvana elə saziş imzaladacaq ki... -Video

 

Rusiya çoxdan Ermənistana ölkə ərazisində xarici ölkə ordularının yerləşdirilməsini qadağan edən müqavilə imzalatmaq istəyir.

Yenixeber.org: Bunu “Lragir.am” saytına açıqlamasında erməni politoloq Manvel Sərkisyan deyib.

“XİN gərək bu məsələyə aydınlıq gətirsin. Kremlin məsləhətçisi Modest Kolerov bir müddət əvvəl bəyanat yaydı ki, Ermənistanda Rusiya bazasının heç bir xeyri yoxdur, onu buradan çıxartmaq lazımdır. Əgər bu bəyanatla Lavrovun sözlərini yanaşı qoysaq, əsl hədəfi görərik. Krımın işğalından sonra Rusiya hərbçilərinin Ermənistandan çıxarılması məsələsi gündəmə gəlmişdi. XİN bunlara aydınlıq gətirməlidir. Bəlkə ruslar bazalarını çıxarıb, sonradan buraya özlərindən başqa heç kimin gəlməməsi üçün sənəd imzalatmaq istəyirlər?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya ilə Ermənistan arasında bu ölkədə xarici ölkə ordularının yerləşdirilməməsiylə bağlı müqavilə hazırlandığı haqqında məlumat yayıb.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam