Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qarabağda müharibəyə doğru DAHA BİR ADDIM:Paşinyandan yeni sərsəm... - ŞƏRH

 

Qarabağda müharibəyə doğru DAHA BİR ADDIM: Paşinyandan yeni sərsəm... - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku ötən gün İrəvanın şəhər şurası seçkilərində qalib gəldi. Ermənistanın Mərkəzi Seçki Komitəsinin məlumatına görə, “Mənim addımım” seçki bloku seçicilərin 81,06 faizinin rəğbətini qazanıb. Seçkilərdə “Mənim addımım” blokunun əsas rəqibi sayılan Qaqik Çarukyanın rəhbəri olduğu “Çiçəklənən Ermənistan” Partiyası ikinci yerdə qərarlaşıb. Partiya cəmi 6,95 faiz səs toplayıb.

Yenixeber.org: Seçkilərin nəticələrini saytımıza şərh edən politoloq Qabil Hüseynli bildirib ki, bu, Paşinyan üçün parlament seçkiləri öncəsi baş məşq idi.

Politoloqun sözlərinə görə, baş nazir seçilməsindən sonra populist və anormal bəyanatları ilə gündəmdə olan Paşinyan əhalini öz hədəflərinə kökləyə bilib. Qabil Hüseynli qeyd edib ki, Paşinyan keçmiş hakimiyyətin dayaqlarını tədricən sındırır və proses hakimiyyətin bütün eşalonlarında baş nazirin qələbəsinə gətirib çıxara bilər.

Müsahibimiz qeyd edib ki, Paşinyana qarşı əsas müqavimət gücü Qarabağ klanı, onun nümayəndələri Serj Sarkisyan və Robert Köçəryan idi.

“Belə görünür ki, real seçkilərdə onun rəqibləri bir şey edə bilmədilər. Onlar hakimiyyətdə olarkən nüfuzlarını ciddi itiriblər, müxtəlif ittihamlarla üzləşiblər, bir sözlə, cəmiyyətdə reytinqləri o qədər yüksək deyil. Bu baxımdan, Paşinyana qarşı ciddi müqavimət göstərə bilmirlər. Seçkilər göstərdi ki, Köçəryan-Sarkisyan bloku – buna blok demək mümkündürsə, ciddi stress içindədir və aldığı zərbələrdən özlərini tamamilə itiriblər”, - politoloq bildirib.

Qabil Hüseynli bu fikirdədir ki, Paşinyanın seçkilərdə qələbə qazanması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üçün yaxşı heç nə vəd etmir:

“Zənnimcə, bu seçkilərin nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə müsbət təsir etməyəcək. Paşinyan xarakter etibarilə populizmi sevən qatı millətçidir. Hətta deyərdim ki, onda şovinizm səviyyəsində millətçilik duyğuları var. Fikrimcə, o, sonuncu seçkilərdən sonra danışıqlar prosesində mövqeyini daha da sərtləşdirəcək. Və nəticə etibarilə, danışıqlar prosesinin davam etdirilməsi yolunda ciddi əngəllər yaradacaq. Üstəlik, Paşinyan yeni sərsəm ideyalarla çıxış edəcək. Bu sərsəm ideyalar isə müharibə vəziyyətinin yaranmasına gətirib çıxaracaq. Zənnimcə, son hadisələr və son seçki bölgədəki proseslərə mənfi istiqamətdə təsir edəcək”.(publika)

Ömər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam