Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“NİYƏ DEPUTATLAR, MƏMURLAR BİZDƏN QAT-QAT ARTIQ MAAŞ ALIR?” –"Sarı jiletli"lərin Baş nazirlə görüşü nəticəsiz bitib

Fransada hökumət yanacağın qiymətinin qaldırılması haqda qərarı ləğv etsə də, “Sarı jiletli”lərin ölkəboyu etiraz aksiyası davam edir.

Yenixeber.org: Bu gün Parisdə toplanan aksiyaçılar Prezident Sarayına doğru hərəkət etmək istəyib. Lakin paytaxt Parisin küçələrinə çıxarılan 10 minə yaxın polis və jandarma qüvvələri buna imkan verməyib.

Gün ərzində polis qüvvələri aksiyaya bir neçə dəfə sərt müdaxilə edib. Nəticədə bu gün ölkəboyu üzrə 300-dən çox etirazçı həbs edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, etirazlara görə ölkəboyu 90 minə yaxın polis qüvvəsi səfərbər olunub: “Aksiya başlayandan bu günə qədər 700-dən çox etirazçı tutulub, onlardan 500-ə yaxını haqda cinayət işi açılıb”.

Hazırda ölkəboyu davam edən aksiyada etirazçılar hökumətdən yeni güzəştlər – maaş artımı və sair sosial haqlarını tələb edirlər: “Etirazçılar deyir ki, niyə deputatlar, məmurlar normal yaşayış şərtlərindən qat-qat yüksək maaş alır, ancaq  vergi yükü minimal şərtlərlə yaşayan xalqın üzərində qurulub?”.

Məlumata görə, bu gün günorta saatlarında ölkənin baş naziri Eduard Filipp bir qrup “Sarı jilet”lini qəbul edib və bu görüşdə aksiyanın dayandırılması, yuxarıda qeyd edilən maaş fərqləri, işsizlik, sosial layihələr, hökumətin borcu və sair məsələlər müzakirə olunub.

Məlumata görə, görüşdə tərəflə razılığa gələ bilməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam