Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hökumət əleyhinə etirazlar davam edir-Rumıniyada

 

Rumıniyada hökumət əleyhinə etirazlar davam edir
Rumıniyanın paytaxtı Buxarestdə avqustun 10-dan başlayan hökumət əleyhinə etirazlar davam edir. Polisin müdaxiləsi və güc tətbiqi nəticəsində nümayişçilərlə baş verən toqquşmada indiyədək 500-ə yaxın insan xəsarət alıb. Onlardan 35-i polis əməkdaşıdır. Vəziyyətləri nisbətən ağır olan 70 nümayişçi və 11 polis xəstəxanaya yerləşdirilib. 30 etirazçı həbs olunub.
Yenixeber.org: "İzvestiya” xəbər verir ki, avqustun 10-da 100 min, sonrakı günlərdə isə 15 minə yaxın nümayişçi etiraza qoşulublar. Onlar əllərində Avropa İttifaqı və ABŞ-ın bayraqlarının tutaraq, parlamentin buraxılması və Rumıniyada növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər. Etirazçılar ölkədə iqtisadi vəziyyətin ağlamalı vəziyyətdə olmasından, yüksək vergilər və buna adekvat olmayan pis sosial təminat və pensiya islahatlarından şikayətlənirlər. 

Ölkə prezidenti Klaus Yohannis cümə günü paytaxtın Qələbə meydanındakı on minlərlə etirazçının mitinqini dağıtmaq üçün polisin güc tətbiq etməsini qınayıb. O həmçinin, daxili işlər nazirindən məsələ ilə bağlı açıqlama verməyi tələb edib. 

Dinc nümayişlər bu gün səhər saatlarında da davam etdirilib. 





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam