Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Moskva ilə İrəvan arasında KTMT ziddiyyəti

 

Moskva ilə İrəvan arasında KTMT ziddiyyəti
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyanın prezident Vladimir Putinin köməkçisi Yuri Uşakova bağlı açıqlamasına münasibət bildirib.
Yenixeber.org: Məlumata görə, Yeqonyan Uşakovun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasının təxirə salınması barədə sözlərini təkzib edib. Bildirib ki, Ermənistan KTMT üzv dövlətlərin liderlərinin 6 dekabr tarixində nəzərdə tutulan sammitinin ləğvini xahiş etməyib. 

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hesab edir ki, Yuri Uşakovun sözləri təsdiqə ehtiyac duymur. Bundan əlavə, Zaxarova vurğulayıb ki, Yeqonyanın bəyanatı forma və məzmun baxımından narahatlıq doğurur.

Qeyd edək ki, Yeqonyandan fərqli olaraq Uşakov KTMT-nin 6 dekabrdakı sammitinin Ermənistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkiləri ilə əlaqədar dəyişdirildiyini bəyan edib: “Astanadakı görüşdə liderlər növbəti sammitin 6 dekabrda keçirilməsi barədə razılığa gəlmişdilər. Lakin 9 dekabr parlament seçkiləri ərəfəsində keçirilən seçki kampaniyasını əsas gətirən Ermənistan hökumətinin xahişi nəzərə alınaraq, KTMT-nin sammitini keçirməməyi qərarlaşdırdıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam