Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İranlı nazir ABŞ-a "dərs keçdi"-"O qərarı yenidən oxusunlar"

 

Avropa Birliyinin hazırladığı maliyyə mexanizminin mərkəzində neft ticarəti var. İranın neft gəlirləri mexanizmə daxil edilməsə, ortalıqda işlənəcək pul qalmayacaq.

Yenixeber.org: Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar haqqında danışıb.

Nazir “Avropa Birliyinin hazırladığı ödəmə mexanizmi neft ticarətini əhatə etməyəcək” iddialarının əsassız olduğunu deyib: "Qərb mediasında yayılan xəbərlər yalandır. Bu cür xəbərlər xalqın ümidini qırmaq məqsədi daşıyır".

ABŞ-ın dövlət katibi Mayk Pompeonun “İran orta mənzilli nüvə sınağı keçirib və bu yolla BMT Təhlükəsizlik Şurasının 2231 saylı qərarını pozub” iddialarından bəhs edən Zərif həmin raketlərin nüvə üçün olmadığını deyib.

İranlı nazir “ABŞ dövlət katibinin açıqlamaları əvvəlki kimi yenə səhvdir. Onlar 2231 saylı qərarı yenidən oxumalıdırlar”, - deyə qeyd edib.(aznews)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam