Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müharibə variantına 5 GÜN QALDI -Nazir AÇIQLADI

 

Müharibə variantına 5 GÜN QALDI - Nazir AÇIQLADI

Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir.

Yenixeber.org: İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.

“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.

Sanksiyaların psixoloji təsirinin olduğunu ifadə edən Zərif bu təsiri daha əvvəldən hiss etməyə başladıqlarını qeyd edib. Onun sözlərinə görə, noyabrın 4-də ABŞ-ın tətbiq edəcəyi sanksiyaların böyük təsiri olmayacaq.

İranın xarici siyasət idarəsinin başçısı ölkənin maraqlarına xidmət etdiyi müddətdə nüvə razılaşmasından çıxmayacağını vurğulayıb.

“Prezident Donald Trampa bunun ən yaxşı anlaşma olduğuna dair təminat verirəm. Bundan daha yaxşısı mümkün deyil. İran nüvə razılaşmasını yenidən müzakirə etməyəcək”, - nazir söyləyib.

Daha əvvəl Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalının efirində deyib ki, bərpa olunmuş əvvəlki sanksiyalar ölkədə dəyişikliklərə gətirib çıxarmasa, ABŞ İran barəsində sanksiyaların yeni variantlarını tapacaq.

“Düşünürük ki, lazım olan sanksiyalar ölkədə əhəmiyyətli iqtisadi və siyasi effekt doğuracaq. Biz İran rejiminin davranışında ciddi dəyişikliklər istəyirik. Əgər İran öz siyasətini dəyişdirməsə, o halda ölkəyə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək”, - Bolton bildirib.

Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam