Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Sədr məscidi yandıran PKK-çılardan danışdı

 

 

“Azərbaycan kürdləri” İctimai Birliyinin sədri MTN-in həbs etdiyi Namiq Nəsibovla arasında yaşanan qalmaqalın detallarını və onların planlarını açıqladı

 

"Xeberinfo.com": Bakıda Qaraçuxur məscidini yandıranların PKK simpatizanları olduğu üzə çıxması bir çox suallar doğurub. PKK-çı olan şəxslər niyə məscid yandırsınlar ki? Çünki bu təşkilatın üzvlərinin fəaliyyət istiqaməti ibadət evlərində hər hansı təxribat törətmək olmayıb.
Ancaq ilk dəfədir ki, ölkədə məscid yandırılır və məlum olur ki, bu cinayəti edənlər özünü PKK-nın Azərbaycandakı qanadı elan etmiş “Yekbun” təşkilatının həmtəsisçiləridir. Namiq Nəsibov və Elnur Ələkbərov məscidi yandırmağa belə haqq qazandırıblar ki, guya ibadət evində İŞİD tərəfdarları var. N.Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur və vaxtilə “Ronahi” kürd mədəniyyət mərkəzində sədr müavini olub.
Hazırda “Azərbaycan kürdləri” İctimai Birliyinin təşkilatının sədri olan Tahir Süleymanın sözlərinə görə, əvvəllər N.Nəsibovla münasibəti olub. Tahir Süleymanın sözlərinə görə, N.Nəsibov əvvəlcə “Ronahi” kürd mədəniyyət mərkəzinin sədr müavini idi: “Bu mərkəzin sədri Fəxrəddin Paşayevlə onların arasında qarşıdurma yarandı və ayrıldılar. Hətta bu qarşıdurma o səviyyəyə çatmışdı ki, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunmuşdular. O zaman mən idarəyə getdim və onları çıxardım ki, cavandırlar.
Həmin vaxt Namiq Nəsibova təklif etdim ki, çılğınlıq etməyin, gəlin “Azərbaycan kürdləri” İctimai Birliyinin ətrafında toplaşaq, fəaliyyət göstərək. Hətta onların qəzetdə yazılarını dərc etdirdim, öz hesabıma Novruz şənliyi təşkil elədim, kürd milli geyimləri tikdirdim. Sonra bu birliyin rəsmi qeydiyyatdan keçməsi üçün Ədliyyə Nazirliyinə müraciət etdim. 
Sadəcə, müraciətdən sonra İraqa getdim və qayıdanda naməlum səbəblərdən sənədlər itmişdi. Həmin ərəfədə Namiq də “Qırmızı Aypara” xətti ilə Suriyaya getmişdi. Ona dedim ki, ay bala, sənin orda nə işin var? Əgər belə ürəklisənsə, Laçın, Xocalı ilə bağlı tədbirlər təşkil edək, bəyanatlar yayaq". 
T.Süleyman bildirdi ki, N.Nəsibov və ətrafındakılar onun yaratdığı ictimai birlikdə təmsil olunmaq istəməyiblər və günün birində “Yekbun” təşkilatı yaradıblar: “Hardasa iki ay olar ki, bu təşkilat elan edilib və rəsmi qeydiyyatdan da keçməyib. Namiqə söylədim ki, yeni təşkilatı nə edirsən, onsuz da ictimai fəallar baxımından sayımız çox deyil, bir yerə toplaşaq. Onlar razılaşmadılar. Bir də gördüm ki, facebookda əleyhimə yazırlar, məni ittiham edirlər. Bu təşkilatı yaradandan sonra İraq və Türkiyə səfirlikləri qarşısında aksiyalar təşkil etmək istəyirdilər. Mən buna imkan vermədim. İraq səfirliyi qabağına 5-10 nəfər getdi və onların aksiyasına mane oldum. Təklif etdim ki, aksiya ilə heç nə dəyişmir, qətnamə təqdim edək, mətbuat konfransı keçirək, narazılığımızı bildirək. Dünyanın qarışdığı bir vaxtda səfirliklərin qabağında nümayiş keçirməklə Azərbaycan diplomatiyasına da zərər vurmuş olursunuz”. 
Baş redaktorun sözlərinə görə, ondan Novruz bayramı üçün tikdirdiyi kürd milli geyimlərini istəyiblər, ancaq verməkdən imtina edib: “Mən onları evdən qovdum və dedim ki, öz şəxsi mülkümdür. Bu hərəkətlərinə, aksiya keçirmək niyyətlərinə görə onlara bildirdim ki, sizin kimi kürd olan yerdə mən kürd deyiləm. Demə, bu sözlərimi yazıblar və ”Youtube"yə yerləşdiriblər. Mənim haqqımda xoşagəlməz ifadələr işlədirdilər, hədələyirdilər". 
T.Süleyman Qaraçuxur məscidinin yandırılmasından da danışdı: “Məscid Allahın evidir, onu niyə yandırırsan? Mən inanmazdım ki, onlar belə hərəkət etsinlər. Ancaq videoçıxışda özləri etiraf edirlər ki, guya məsciddə vəhhabilər, İŞİD tərəfdarları var və bu addımı atıblar. Əgər istəyirsənsə, get, Kobanidə İŞİD-ə qarşı döyüş, Azərbaycanda məscid niyə yandırırsan? 
Özləri Abdulla Öcalana simpatiya bəslədiklərini açıqlayıblar və Milli Təhlükəsizlik Nazirliyi də bu qənaətə gəlib ki, onlar PKK-nın yerli qanadıdır. Ancaq əminliklə deyirəm ki, Azərbaycanda nə PKK var, nə də onun nümayəndəsi. Hər zaman demişəm ki, bizi kim doğma yurdumuzdan, Qərbi Azərbaycandan qovdu?
Kim bizi Laçından, Qubadlıdan, Kəlbəcərdən, Qarabağdan qovdu? Kim Xocalı qətliamını törətdi? Erməni daşnaqları. Gəlin Azərbaycanımızın mənafeyini müdafiə edən addımlar ataq, faciələrimizi dünya ictimaiyyətinə vaxtında çatdıraq. 
Azərbaycan mediası ilə birgə kürd ziyalıları Türkiyənin kürdlər yaşayan şəhərlərində tədbirlər təşkil etməliyik, Xocalı soyqırımını onlara tanıtmalıyıq. Çünki bu soyqırımdan məlumatsızdırlar. Ermənilər isə qondarma soyqırımı hər yerdə qeyd edirlər. Biz bu tədbirləri təşkil etməklə Azərbaycanın mənafeyinə xidmət göstərə bilərik, yoxsa Allahın evi olan məscidi niyə yandırırsan? Heç bir ağıl kəsməyən işdir. Allah belələrinə ağıl versin".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam