Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Məscid təxribatında PKK izi

 

Qaraçuxurda ibadət evinin yandırılması olayında şok gəlişmə; Cinayət hadisəsinə görə MTN-in saxladığı iki şəxsdən biri Azərbaycanda terrorçu hörgütün özəyini yaradıbmış; ekspert: “Son hadisələr göstərir ki, ölkəyə terror təhdidi ilə bağlı hazırlıq “narıncı” səviyyəyə qaldırılmalıdır...”

"Xeberinfo.com": Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları ötən həftə Qaraçuxur məscidini yandırmağa cəhd edən iki nəfəri həbs edib. Bu barədə dekabrın 1-də nazirliyin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. 

Məlumatda bildirilir ki, 2014-cü il noyabrın 26-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla orada yanğın törədilib. Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılıb və daha sonra iş MTN İstintaq Baş İdarəsinə həvalə olunub.
 
MTN əməkdaşlarının həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində cinayəti törətməkdə şübhəli bilinən Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıb. Namiq Nəsibovun üzərindən “Makarov” tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə “Smit-Vesson” markalı revolver aşkar edilərək götürülüb.
İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin ibtidai istintaqı davam etdirilib və Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə Namiq Nəsibov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
Maraqlıdır ki, istintaq Namiq Nəsibovun 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya ərazilərinə gedərək döyüşlərdə iştirak etdiyini müəyyən edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə terrorçu təşkilatın respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa çalışıb. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.
Məlumatda daha sonra qeyd olunur ki, hər iki şəxs Bakıda radikal dini qruplara qarşı aksiyalar planlaşdırıb: “Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin ”əhli-sünnə" təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar. 
Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı “Cümə” məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar. Bundan sonra Namiq Nəsibov və Elnur Ələkbərov noyabrın 26-da saat təxminən 02:04 radələrində həmin məscidin arxa və ön tərəfdə olan qapılarını sındırmış və yandırıcı maye ilə dolu şüşə butulkaların fitillərini alışdıraraq içəriyə atmaqla orada yanğın törədib və cinayət yerindən qaçıblar. Hazırda cinayət işi üzrə bütün halların araşdırılması, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir". 
***
Qeyd edək ki, Qaraçuxur məscidində törədilən hadisə ilk növbədə Azərbaycanda dini zəmində gərginliyi artırmağa hesablanmış terror aksiyasıdır. Ancaq hadisənin iştirakçılarının saxlanılması ortaya yeni nüans çıxarıb. Məlum olur ki, bu məsələdə PKK terror təşkilatının rolu olub. PKK üzvlərinin bu əməli xaricdən aldıqları sifariş əsasında, yoxsa özlərinin planlaşdırdıqları aydın deyil. Mümkündür ki, bu hadisəni törətməkdə əsas məqsəd Azərbaycanda onsuz da həssas olan məzhəblərarası münasibətləri daha da gərginləşdirmək, qarşıdurma həddinə çatdırmaq olub. İndiki halda hüquq-mühafizə orqanlarının hadisəni törədənləri ifşa etməsi müsbət hadisə olsa da, istənilən halda bu hadisələr bir daha Azərbaycanda terror təhlükəsinin, xüsusən də dini zəmində gərginliyin yüksək olduğunu göstərir. 
Yeri gəlmişkən, PKK-çı Namiq Nəsibov Azərbaycanın Milli Qəhrəmanı Kamil Nəsibovun oğludur. İxtisasca həkim olan N.Nəsibovun İraqa gedərək kürdlərə qoşulması, eləcə də üzərində PKK lideri Abdulla Öcalanın şəkili olan köynək geyinərək Bakıda gəzməsi daha əvvəl mediada müzakirə olunub. Eyni zamanda Kürd Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə aralarında anlaşılmazlıq olub. 
O da məlum olub ki, N.Nəsibov Kürdüstan Qızıl Aypara Cəmiyyətinin (Heyva Sor Kurd) xətti ilə “Emel” (Ümid) xəstəxanasında təcili təxirəsalınmaz tibbi yardımda işləyən könüllü həkim olub. 2001-2013-cü illərdə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışıb. 
***
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, bu cür hadisələr ölkədə dini zəmində gərginliyi artırmağa xidmət edir: “Mən bir qədər əvvəl də demişdim ki, bu, çox həssas mövzudur. Regionda gedən prosesləri, eləcə də vətəndaşlarımızın bu proseslərdə iştirakını - mən İraq və Suriyanı nəzərdə tuturam - nəzərə alsaq, bu, Azərbaycanda məzhəblərarası münasibətləri gərginləşdirmək cəhdi kontekstində qiymətləndirilməlidir. O zaman da demişəm ki, təsadüfi hadisə deyilsə, təxribatdır. Artıq həbs həyata keçirilib və indi Azərbaycan təhlükəsizlik orqanlarının imkanı var ki, bu hadisənin arxasında hansı qüvvələrin durduğunu, təşkilatçıların və sifarişçilərin kimlər olduğunu aydınlaşdırsın. Ümid edək ki, MTN bu sahədə əlindən gələni edəcək”. 
Son illərdə Yaxın Şərqdə baş verən proseslərin fonunda Azərbaycanda da terror təhdidinin yüksəldiyini qeyd edən həmsöhbətimizin fikrincə, terrora qarşı mübarizə tədbirləri daha da gücləndirilməlidir: “Azərbaycanda terror təhdidi səviyyəsini yüksəlmiş hesab etmək olar. Son hadisə də onu göstərdi ki, Azərbaycanda terror təhdidi səviyyəsi ”narıncı" səviyyəyə qaldırılmalıdır. Məlum olduğu kimi, sonuncu “qırmızı” səviyyədən aşağı “narıncı” səviyyədir. Terrorla Mübarizə Mərkəzi də artıq “narıncı” səviyyədə öz iş planını qurmalıdır".  
Azərbaycanda radikalizmin dayaqlarının olmadığını deyən S.Əkbərin fikrincə, son illərin hadisələri dini radikalizm təhlükəsini aktuallaşdırıb: “Azərbaycanın tarixinə baxdıqda görürük ki, dini sahədə və ümumiyyətlə, bütün sahələrdə, o cümlədən milli, sosial və dini sahədə dözümlülük var. Amma hazırda qonşu regionlarda gedən prosesləri, oradakı proseslərdə Azərbaycan vətəndaşlarının iştirakını, eyni zamanda Azərbaycanda sabitliyin pozulmasında maraqlı olan xarici xüsusi xidmət orqanlarının mövcudluğunu nəzərə alsaq və bura Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında olması faktını əlavə etsək, o zaman terror təhlükəsi səviyyəsinin ”narıncı" səviyyəyə qaldırılması mənə elə gəlir ki, tam anlaşılan görünər".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam