Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Bu, ilkin xəbərdarlıqdır” – Restoranlar Paşinyana QARŞI ÇIXDI

“Bu, ilkin xəbərdarlıqdır” – Restoranlar Paşinyana QARŞI ÇIXDI

Ermənistan Restoranlar İttifaqına daxil olan ictimai iaşə müəssisələri etiraz əlaməti olaraq qapılarını müştərilərinin üzünə bağlamağa hazırdır.

Yenixeber.org: Bu haqda məlumat qurumun Feysbuk səhifəsində yerləşdirilib.

İttifaqın üzvləri qeyd ediblər ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyana, həmçinin Gəlirlər üzrə Komitəyə yazaraq onları çətin vəziyyətə salan və qiymətlərin artmasına səbəb olan yeni vergitutma növündən narazılıqlarını uzun müddətdir bildirirlər, lakin onların şikayətlərinə cavab verilməyib.

Məlumatda deyilir ki, noyabrın 24-də Restoranlar İttifaqının təşəbbüs qrupunun növbəti görüşü olub.

“Qrup Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana növbəti məktubunu göndərdi. Restoranların nümayəndələri daha bir əhəmiyyətli qərar qəbul etdilər: bütün restoranlar yeni vergi sisteminə etiraz əlaməti olaraq ilkin xəbərdarlıq kimi öz qapılarını müştərilərin üzünə bağlayacaq. Bizim qərarımızın hər hansı siyasi çalarları yoxdur, biz yalnız biznes maraqlarımızı müdafiə edirik və bu, iqtisadiyyatın inkişafının normal gedişini poza bilən təhlükəli inkişaflar haqqında siqnaldır. Bu qərar dövlət orqanlarının Gəlirlər üzrə Komitənin və Maliyyə Nazirliyinin növbəti fəaliyyətsizliyinin nəticəsində qəbul edilib”, - məlumatda deyilir.

Bildirilir ki, ittifaqın təklifləri Ermənistanın İnvestisiyalar və İqtisadi İnkişaf Nazirliyində keçirilən görüşün gedişatında detallarla ifadə edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam