Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Türkiyə “Türk axını” qazını özü satmaq istəyir

 

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib ki, ölkə “Türk axını” layihəsinin həyata keçirilməsi məsələsində “Qazprom”a güzəşt etməyəcək.
"Xeberinfo.com":   “Moskva bizdə yalnız tranzit ölkə görür. Bizim üçün bunun heç bir mənası yoxdur. Biz birgə ixrac sisteminin yaradılmasında maraqlıyıq. Bu məsələ ilə bağlı prinsipial razılıq əldə edilib, amma Rusiya geri addım atıb”, deyə o, qeyd edib.
Nazirin fikrincə, “Türk axını” həm Moskvanın, həm də Ankaranın maraqlarına cavab verməlidir.
“Biz heç vaxt maraqlarımızı təhlükə altına qoyan güzəştlərə getməyəcəyik”, deyən nazir əlavə edib ki, Rusiya qazının qiymətində endirim problemi həll etmir.
Bir müddət əvvəl bildirilib ki, “Türk axını” dəniz qaz kəmərinin Rusiyadan Türkiyənin qərbinə ilk qolu 2016-cı ilin sonlarında işə salınmalıdır. O, Türkiyənin qərbinin Ukrayna tranziti yerinə təchiz edilməsinə yönələcək. Növbəti üç qol mərkəzi və cənubi Avropa ölkələrinə qaz ixracının
Ukrayna tranziti ilə əvəz olunması üçün nəzərdə tutulub. Qaz kəmərinin gücünün ildə 60 mlrd. kubmetrə qədər təşkil edəcəyi nəzərdə tutulurdu (Turan).


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam