Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

İsrail Qəzzanı bombaladı

 

 

Bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb
   "xeberinfo.com": İsrail Hərbi Hava Qüvvələri Fələstin silahlılarına cavab olaraq Qəzzada yerləşən gizli raket qurğuları olan əraziyə zərbələr endirib.Bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb. 

   Hər iki tərəfdə yaralananların olması ilə bağlı hər hansı məlumat verilməyib. Verilən məlumatda bildirilir ki, Fələstinin raket zərbələrinə cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Qəzza bölgəsinin şimal hissəsində yerləşən gizli raket qurğuları olan əraziyə bir neçə zərbə endirib. 

    Yeni ildə İsrailin endirdiyi ilk raket atəşidir. Hərbçilərin məlumatına görə, 2013-cü ildə Qəzza zolağından İsrail ərazisinə 36 raket atılıb, daha 3 raket isə “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən vurulub. 

    Cavab zərbələri İsrail və Fələstin liderləri ilə görüşmək və sülh danışıqları aparmaq üçün gələn ABŞ dövlət katibi Con Kerrinin münaqişə bölgəsinə səfəri ərəfəsinə təsadüf edib. 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam