Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Novruz Məmmədov Nazarbayevlə görüşüb

 

Novruz Məmmədov Nazarbayevlə görüşüb
Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları noyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşüblər.
 Yenixeber.org: Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovgörüşdə iştirak edib.

Prezident Nursultan Nazarbayev MDB üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsində Şuranın iclasının xüsusi əhəmiyyətini vurğuladı və bildirdi ki, bu tədbir qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına kömək edəcək. Dövlət başçısı MDBölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söylədi.

Qazaxıstan Prezidenti bildirdi ki, MDB ölkələrimiz arasında tarixi əlaqələrin qorunmasına və hər bir ölkənin suverenliyini gücləndirməyə imkan verən tamhüquqlu bir təşkilatdır. MDBdaxilində qarşılıqlı ticarət artmaqda davam edir. Ötən il ticarət dövriyyəsi 164 milyard ABŞdolları təşkil edib ki, bu da 25 faiz artım deməkdir.

Nursultan Nazarbayev MDB Hökumət Başçıları Şurasının əvvəlki iclasının yekunlarına da toxunaraq deyib: “Biz təşkilatın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu, işin səmərəliliyinin artırılmasına və müasir reallıqlara uyğunlaşdırılmasına yönəlmiş modernləşmə prosesinin təşviqini nəzərdə tutur. Birlik çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə İqtisadi İnkişaf Strategiyasını yeniləmək və MDB ölkələrinin Xidmətləri üzrə Azad Ticarət Sazişinin qəbul edilmiş layihələrinin icrasını sürətləndirmək lazımdır”.

Bundan əlavə, Qazaxıstan Prezidenti Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən yeni təkliflərin müzakirəsinin nəticələri barədə məlumat verdi. Təkliflərin arasında Birlik daxilində ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat və logistika, turizm sektorlarında qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması, kosmik sənayedə layihələrin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ həllərin istifadəsi məsələləri mühüm yer tutur.

Nursultan Nazarbayev Dövlət Başçıları Şurasının iclasında irəli sürülən təkliflərin yerinə yetirilməsi ilə bağlı praktiki işin lazım olduğunu qeyd etdi, bütün istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirdi. Vurğuladı ki, bu təşəbbüslərin həyata keçirilməsi həm iqtisadi inkişafa, həm də ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam