Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Prezident MDB liderlərinin iclasında

 

Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edir.

"Xeberinfo.com":  AzərTac-a istinadən məlumata görə, bu gün Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.

Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.

İclas iştirakçılarını salamlayan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Belarus Prezidenti Aleksandr Lukaşenkonu yenidən dövlət başçısı seçilməsi, həmçinin Qırğızıstanda parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbriklərini çatdırıb.

Qazaxıstan dövlətinin başçısı bildirib ki, MDB-nin sədri kimi ölkəsi qurum çərçivəsində dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə çalışır. Qazaxıstan Prezidenti təşkilatın üzv ölkələr arasında çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək üçün yaxşı platforma olduğunu qeyd edib. İclasın gündəliyindəki məsələlərdən danışan Nursultan Nazarbayev burada qəbul ediləcək qərarların qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam