Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Türkdilli dövlətlər üçün ümumi telekanal yaxşı layihədir"

 

“Türkdilli dövlətlər üçün ümumi telekanal yaradılması hazırda reallaşdırılan yaxşı layihədir. Bu, türk xalqları arasında dostluğun möhkəmləndirilməsinə xidmət edəcək və informasiya siyasəti aparılmasına imkan verəcək”.

 

"Xeberinfo.com":   Məlumata görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində çıxışı zamanı deyib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev də türk dövlətlərinin ümumi telekanalının yaradılmasının vacibliyini vurğulayıb: “Maliyyələşdirməyə gəlincə, Qazaxıstanda, Azərbaycanda və Qırğızıstanda biz bununla bağlı fond yaratmaq və türk dünyasının inkişafı üçün sponsorlar tapmaq üzərində düşünməliyik”.

N. Nazarbayevin sözlərinə görə, türkdilli dövlətlər ümumi informasiya məkanına malik olmalıdırlar: “Mən türk dünyası üçün ümumi informasiya məkanının olmasını vacib sayıram. Ona görə də türk telekanalı çox vacibdir”.

***

Azərbaycan prezidenti İlham Əliyev Astanada qazaxıstanlı həmkarı Nursultan Nazarbayevlə görüşüb.

APA-nın “Kazakhstan Today” agentliyinə istinadən verdiyi xəbərə görə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V sammiti çərçivəsində keçirilən görüş zamanı N. Nazarbayev İ. Əliyevə Qazax xanlığının yaranmasının 550 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etdiyi üçün təşəkkür edib.

N. Nazarbayevin sözlərinə görə, qardaş xalqlar olan Azərbaycan və Qazaxıstanı əsrlərdir dostluq münasibətləri birləşdirir. 

“Bir-birimizə olan etibarı qarşılıqlı münasibətlərimiz müəyyənləşdirir. Qazaxıstana hər səfəriniz ölkələrimiz arasında əməkdaşlıqda yeni səhifədir. Hazırda dünya iqtisadiyyatı çox da asan olmayan bir dövr yaşayır. Lakin hətta bu şərtlər altında da ölkələrimiz iqtisadi-ticarət sahəsində yeni əməkdaşlıq imkanlarını nəzərdən keçirir”, -deyə Qazaxıstan prezidenti vurğulayıb. 

Öz növbəsində Azərbaycan prezidenti qardaş Qazaxıstana səfərindən məmnun olduğunu, habelə ikitərəfli münasibətlərdə qarşılıqlı anlayışın olduğunu vurğulayıb. İ. Əliyev həmçinin qazax xalqını Qazax xanlığının yaranmasının 550 illiyi münasibəti ilə təbrik edib.

“Sizin bu gün təntənəli mərasimdəki çıxışınız, Qazaxıstan keçmiş və indiki inkişafı ilə bağlı təhlilləriniz bir daha göstərir ki, ölkənizin uğurlarında çox dərin milli və tarixi köklər var”, - deyə İ. Əliyev qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam