Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

"Əmiqayırma" sözünə görə 2 nəfərə qadağa qoyuldu- RƏSMİ

"Əmiqayırma" sözünə görə 2 nəfərə qadağa qoyuldu - RƏSMİ

Bakı Gəmiqayırma Zavodu MMC (BGZ) son günlər bəzi elektron media resursları və sosial şəbəkələrdə yayılan fotoşəkillə bağlı açıqlama yayıb.

Yenixeber.org: Məlumatda zavodun adının qeyd olunan lövhədə hərflərdən birinin təmir məqsədilə çıxarıldığı bildirilib.

“22 oktyabr saat 11:00 radələrində BGZ- nin əsas giriş qapısında yerləşən və zavodun adı qeyd edilən lövhənin üzərində təmizlik işləri görülərkən bəzi hərflərin rənginin solduğu, yerindən qopa biləcəyi müəyyən edilib və bu barədə zavodun aidiyyəti şöbəsinə məlumat verilib. Əməkdaşlarımız tərəfindən qeyd edilən lövhəyə baxış zamanı hərflər bərpa edilməsi məqsədi ilə çıxarılaraq boya sahəsinə aparılıb. Elə həmin gün, saat 16:40 radələrində qeyd edilən təmir işləri başa çatdırılaraq hərflər yerinə bərkidilib.

BGZ-də hazırda təmir edilən gəmilərdən birinin əməkdaşları, ikinci köməkçi Məmmədov Hikmət və bosman Babayev Elşad saat 16:13 radələrində bu lövhənin fotoşəklini çəkərək paylaşıblar.

Məlumat üçün bildiririk ki, BGZ-nin daxili qaydalarına uyğun olaraq, zavod ərazisində foto və video çəkilişləri xüsusi icazə olmadan aparıla bilməz və qəti şəkildə qadağandır. Yuxarıda adları qeyd edilən şəxslər BGZ- nin daxili qaydalarını pozduqları üçün onların zavod ərazisinə girişi qadağan olunub və bu barədə onların çalışdıqları şirkətə yazılı şəkildə məlumat verilib”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam