Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Nərimanov rayonunda “Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” şüarı altında silsilə tədbirlər keçirilir

       

 

"Xeberinfo.com": Nərimanov rayonunda “Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” şuarı altında silsilə tədbirlərin keçirilməsi başlanmışdır.    Tədbirlərin keçirilməsində məqsəd rayon sakinlərinin gündəlik həyatlarında rastlaşdıqları problemlərin müəyyənləşdirilməsi, onların hüquqlarının qorunması və zorakılıq, insan alveri hallarının aşkarlanması, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, insan münasibətlərin istiqamətləndirilməsi, gənc ailələrin qorunması, yeniyetmələr tərəfindən yaşlı nəsilə diqqətin artırılması, siyasi məsələlərə münasibətlərin dinlənilməsi, asudə vaxtlarının səmərəli təşkili, mədəni – kütləvi tədbirlərin keçirilməsinə köməklik göstərilməsi, kompüter və telefonlardan məqsədyönlü istifadəsi və digər onları maraqlandıran məsələlərlə bağlı açıq söhbətlərin aparılmasıdır. 

 

     

 

 

Bununla əlaqədar Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın sədirliyi ilə İşçi qrupu yaradılıb. İşçi qrupunun tərkibinə Yeni Azərbayçan Rartiyasının Nərimanov rayon təşkilatının baş təlimatçısı Nizami Babaşov, Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Nərimanov Mərkəzi Kitabxana Sisteminin baş kitabxanaçısı Mehriban Məhərrəmova daxil edilmişlər.

       25 noyabr 2014-cü il tarixdə “Davamlı inkişaf, sağlam nəsil, parlaq gələcək” mövzusunda 82 nömrəli tam orta məktəbdə müəllim, şagird, valideynlərlə görüş keçirilmişdir. Tədbirdən öncə qonaqlar və iştirakçılar məktəbin foyesində mövzu ilə əlaqədar təşkil olunmuş kitab sərgisi ilə tanış olmuşlar. Sərgidə nümayiş etdirilən ədəbiyyatın əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dillində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr olunmuş və kitabxanalara hədiyyə edilmiş kitab nümunələrindən ibarət idi.

 

     

 

150 nəfərin qatıldığı bu tədbirdə şagird-müəllim, müəllim-valideyn, valideyn övlad münasibətlərindən, uşaqların asudə vaxtlarının səmərəlin təşkili üçün müxtəlif səpkidə tədbirlərin keçirilməsinin vacibliyindən onların kitabxanalara cəlb olunması üçün görülən zəruri tədbirlərdən danışıldı, mövzu ətrafında müzakirələr aparıldı, rəy və təkliflər dinlənilərək gələcəkdə də bu silsilədən olan tədbirlərin davamlı olaraq keçiriləcəyi bildirildi.      

      

          

             

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam