Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda snayper kursları bərpa olunur

 

422fcb5cdb8c9da23965acd153d093c7

Azərbaycanda gələn ildən snayper kurslarının yenidən fəaliyyətə başlaması planlaşdırılır.

   "Xeberinfo.com": Bu barədə APA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib.

Kurslar SHXÇDX-nin «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı» MMC-i tərəfindən təşkil olunacaq. Kursların keçirilməsi üçün Cəmiyyətdə müvafiq imkanlar yaradılıb. Təlim silahları və vasitələri alınıb, fənn kabineti hazırlanıb.

Kurslar hərbi qurumların sifarişi üzrə onlara snayper hazırlayacaq. Snayper kursunda Nazirlər Kabinetinin qərarına əsasən 18 yaşadək vətəndaşlar – çağırışçılar iştirak edə bilərlər. Kursu bitirərək sertifikat almış çağırışçılar orduda snayper kimi hərbi xidmət keçəcəklər.

Qeyd edək ki, bundan əvvəl keçmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin nəzdində snayper kursları mövcud olub. Həmin kurslarda çağırışçılarla yanaşı maraqlı vətəndaşlar da iştirak ediblər.
Xatırladaq ki, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv olunandan sonra snayper kursları dayandırılıb. Nazirlər Kabinetinin qərarı ilə snayper kurslarının təşkili SHXÇDX-nin «Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı» MMC-nə həvalə olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam