Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SHXÇDX-nin NƏSİMİ RAYON İDARƏSİNDƏ "AÇIQ BAZAR"

SHXÇDX-nin NƏSİMİ RAYON İDARƏSİNDƏ "AÇIQ BAZAR" YARADILIB-ÖZƏL

 

Xeberinfo.com:   Hüquq-mühafizə və prokurorluq orqanlarının əməkdaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yerli şöbə və idarələrində dəfələrlə yoxlamalar həyata keçirib, rüşvət alan şəxsləri təsbit edərək cinayət məsuliyyətinə cəlb ediblər.Bu kimi mübarizə tədbirlərinin mütamadi keçrilməsinə baxmayaraq, xidmətin bəzi yerli şöbələrində hələ də qanun pozuntuları qeydə alınmaqda və korrupsiya halları tüğyan etməkdədir. Mediatv.az-a daxil olan məlumatlara görə, hazırda SHXÇDX-nin Nəsimi rayon idarəsində özbaşınalıqlar yenə də davam etməkdədir. İdarə rəisi və digər vəzifəli şəxslər hərbi xidmətdən yayınmağa meylli olan vətəndaşlara saxta hərbi biletlərin təqdim olunması işini əməlli-başlı biznes fəaliyyətinə çevirib. Orada sağlam çağırışçıların müxtəlif yollarla ordudan yayındırılması halları adiləşib.  Şübhəsiz belə hallar yalnız səfərbərlik xidmətinin idarə rəisinin razılığı ilə yarana bilər.  Odur ki, hazırda Səfərbərlik Xidmətinin Nəsimi rayon idarəsində hərbi bilet əldə etmək, sağlam gənclərin həqiqi hərbi xidmətdən uzaqlaşdırılması o qədər də çətin məsələ deyil. Bunun üçün sadəcə irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir».

Bildiyiniz kimi, aprel ayının 1-dən etibarən çağırış gününədək 18 yaşı tamam olmuş, habelə sərəncamda nəzərdə tutulmuş Azərbaycan Respublikasının digər vətəndaşları müddətli həqiqi hərbi xidmətə yollanacaqlar. Odur ki, artıq indidən çağırışçılar hərbi həkim komissiyasından müayinədən keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aidiyyatı üzrə rayon İdarəsinə üz tuturlar.  Mediatv.az-a verilən məlumata görə Səfərbərlik Xidmətinin Nəsimi rayon idarəsi özbaşınalığın, qanunsuzluğun çiçəkləndiyi qurumlardan biridir. Bir sıra problemlərlə üzləşə biləcəyindən ehtiyat etdiyi üçün adının çəkilməsini istəməyən çağırışçılardan birinın iddiasına görə, SHXÇDX-nin Nəsimi rayon İdarəsinin rəisi Kənan Məmmədov gənclərin hərbi xidmətə çağırışı zamanı ilginc «əməliyyat»ların baş verməsinə şərait yaradır. Belə ki, tam sağlam olan, lakin Vətənin keşiyində dayanmaq istəməyən gənclərin valideynləri Kənan Məmmədovla və ya bu işə təhkim olunmuş vəzifəli şəxslə danışaraq müəyyən «tələb»lərin müqabilində istəklərinə nail olurlar.  Hazırda burada açıq bazar yaradılıb.SHXÇDX və ya Hərbi Prokurorluq  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsində araşdırma aparsa, o zaman bir çox faktların üstü açıla bilər. Məsələn, bəlli olacaq ki, məhz Kənan Məmmədovun «xidmət»ləri sayəsində indiyədək yüzlərlə çağırışçı müxtəlif bəhanələrlə həqiqi hərbi xidmətdən yayındırılıb.  Rəis  «neqodnıy» çıxarmaq istədiyi çağırışçıları öncədən əlaqə yaratdığı xəstəxanalara göndərir. Məhz həmin tibb müəssisələrində Nəsimi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin hərbi həkim komissiyasının müəyyənləşdirdiyi «xəstəlik» eynilə təsdiqlənir. Həmin diaqnoz əsasında isə sağlam çağırışçılar «neqodnıy» hərbi biletə sahiblənirlər. Xidmət rəisi həmin çağırışçıların əvəzinə isə həqiqətən xəstə və imkansız gəncləri ordu sıralarına göndərir. Heç kim inkar edə bilməz ki, sağlam ordunun bünövrəsi məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarə və  şöbələrində fəaliyyət göstərən hərbi həkim komissiyalarında qoyulur. Lakin bu məsələdə son söz yenə də xidmət rəisinindir.  Elə bu səbəbdən də hərbi həkim komissiyalarının fəaliyyəti formal xarakter almaqdadır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon idarəsində də vəziyyət eynilə bu cürdür. Yəni son sözü daim xidmətin rəisi deyir...Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Mediatv.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam