Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

DİN təlim keçdi

 

Noyabrın 13-də Daxili İşlər Nazirliyinin və ABŞ-ın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində “Cinsi istismar məqsədilə insan alveri və məcburi əmək” mövzusunda təlim keçirilib. 


"Xeberinfo.com":DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hüquq-mühafizə orqanları əməkdaşlarının iştirak etdikləri tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Şərif Əsədullayev 2003-cü ildən respublikamızın Birləşmiş Millətlər Təşkilatının insan alverinə qarşı mübarizəyə dair müvafiq Konvensiyasına qoşulduğunu diqqətə çatdırıb. 


ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derik Hoqan son illər respublikamızın ictimai-siyasi və iqtisadi həyatında müsbət dəyişikliklərin baş verməsindən məmnunluğunu bildirib, insan alveri ilə mübarizə sahəsində də bir sıra nailiyyətlərin əldə edildiyini, hüquqi mexanizmlərin uğurla tətbiqini, insan alveri qurbanları üçün yaradılmış şəraitin xeyli yaxşılaşdığını, bu baxımdan Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu, göstərilən istiqamətdə ölkəmizin qabaqcıl təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Təlimdə beynəlxalq təcrübəyə və yerli qanunvericiliyə əsaslanaraq insan alveri cinayətlərinin istintaqının aparılması ilə yanaşı, cinsi zorakılığa və məcburi əməyə məruz qalanların müəyyən edilməsi, onlarla müvafiq işin təşkili və digər aktual məsələlər ətraflı müzakirə olunub, həmçinin əməkdaşlığın gələcək perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

İki gün davam edəcək tədbirin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam