Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

“Azərbaycan böyük nailiyyətlər əldə edib”

daa4c70f54cc4a06cda54355ff85208e

“Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində son illərdə böyük nailiyyətlər əldə edib”.
Xeberinfo.com:   APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Şərif Əsədullayev deyib.

“Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi var, o cümlədən bununla bağlı beynəlxalq əməkdaşlıq tədbirləri, beynəlxalq təşkilatlarla işbirliyi həyata keçirilir. Ölkədə 2008-2009, 2009-2014,2014-2018-ci illər üzrə həyata keçirilən milii fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarfiləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımlar atılıb. Bu səbəbdən də ABŞ Dövlət Departamentinin, Avropa Şurasının, GRETA təşkilatının ekspertlər qrupunun, ATƏT-in səlahiyyətli qurumlarının hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizənin səviyyəsi yüksək qiymətləndirilib. Artıq Azərbaycan bu sahədə öyrənən ölkə deyil, öyrədən ölkə kimi təqdim edilir. Artıq Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində 3-cü milli fəaliyyət planı həyata keçirilir və bu işdə 42 mərkəzi icra hakimiyyəti orqanı, ictimai təşkilatlar, dövlət qurumları, vətəndaş cəmiyyəti, eyni zamanda Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Vəkillər Kollegiyası və KİV nümayəndələri iştirak edirlər”, – deyə Ş. Əsədullayev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam