Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

DİN-də kadr dəyişikliyi

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Şıxəliyev Cavad Süleyman oğlu vəzifəsindən azad edilib. 

 

 

 

      "xeberinfo.com": Baş İdarəyə çevrildikdən sonra Daxili işlər naziri Ramil Usubov C.Şıxəliyevin yenidən Baş İdarənin rəisi vəzifəsinə təyin edilməsi barədə sərəncam imzalamayıb.Hazırda idarənin rəisi vəzifəsini əvvəllər rəis müavini olmuş İmran Nəcəfov yerinə yetirir. 

      Məlumat üçün bildirək ki, İ.Nəcəfov 1954-cü ildə Bakı şəhərində anadan olub.1984-cü ildə Volqoqrad şəhərinin Ali İstintaq Akademiyasının əyani şöbəsini bitirib.

     1977-ci ildən Daxili İşlər Orqanlarında xidməti fəaliyyətə başlayıb.

      1984-2003-cü illərdə istintaq və əməliyyat aparatlarında müxtəlif vəzifələrdə işləyib. 

       2003-2005-ci illərdə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2006-cı ilin yanvar ayindan avqust ayinadək Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin tabeçiliyində olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrinə irəli çəkilib. 

     2006-cı ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam