Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənilər ATƏT-i günahlandırır

Ermənilər ATƏT-i günahlandırır

 

        Erməni rəsmi: "Vertolyotun düşdüyü əraziyə yaxınlaşa bilmirik"

 

    "Xeberinfo.com":"Hələ də Azərbaycan tərəfindən Qarabağda vurulan vertolyotun düşdüyü əraziyə yaxınlaşmaq mümkün olmayıb".
    ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
   Onun sözlərinə görə, ATƏT vertolyotun vurulduğu ərazidə monitorinq keçirməyə məcburdur. Əks təqdirdə, ümumiyyətlə monitorinqin keçirilməsinin heç bir mənası və əhəmiyyəti yoxdur.
    Erməni nazir bu açıqlama ilə ATƏT-i hədəf olmaqla, bu təşkilatı günahlandırır. Təbii ki, bunun heç bir əsası yoxdur. Yəqin ki, ATƏT rəsmilərində belə bir sual yaranır: "Ay ermənilər, hər gün qəhrəmanlıqdan, qələbədən dəm vurursunuz. Hərbi təlimlər keçirir, dünyaya olmayan gücünüzü nümayiş etdirir, havadarlarınızın köməyi ilə torpaq işğal edirsiniz. Əgər, bu qədər gücə sahibsinizsə, nə üçün vertolyotun vurulduğu əraziyə gedə bilmirsiniz?" 
      Ermənistan rəsmilərinin belə acizanə açıqlamaları yalanı həqiqət kimi dünyaya təqdim etməklə nəyə nail olmaq dövrünün başa çatdığını, eləcə də ölkənin hərbi gücünün nə qədər zəif olduğunu göstərir.
      Xatırladaq ki, noyabrın 12-də Ermənistana məxsus Mi-24 döyüş helikopteri Ağdamda mövqelərimizə hücuma cəhd etdiyi üçün vurulub. Azərbaycanın işğal olunmuş ərazilərində döyüş uçuşları keçirərkən məhv edilən hərbi helikopter Ermənistan Silahlı Qüvvələrinin İrəvan yaxınlığındakı "Erebuni" hərbi aerodurumunda dislokasiya olunan 15-ci helikopter bazasına məxsusdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam