Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

GİZLİ TRAMP-ƏRDOĞAN SÖVDƏLƏŞMƏSİ BAŞ TUTMADI –Təhdidlə üzləşən Ankara inadından dönənə oxşamır

Noa Landau

“Haaretz”

 

ABŞ prezidenti Donald Tramp İsrail baş naziri Binyamin Netanyahudan “HƏMAS”a kömək etməkdə şübhəli bilinən türk qadını azad etməsini istəyib. “Washington Post”da ortaya çıxan iddiaya əsasən, bu razılaşma bir Amerika pastorunun azad edilməsi müqabilində həyata keçib. İsrail rəsmiləri də “Haaretz”-ə açıqlamada bu iddianı təsdiqlədiyiblər.

Yenixeber.org: “Washington Post” qəzetinin verdiyi məlumata görə, Tramp və Netanyahu arasında iyulun 14-də baş tutan telefon ünsiyyətində iyulun 11-də saxlanılan, terror təşkilatları ilə əlaqədə suçlanmış 27 yaşlı Türkiyə vətəndaşı Ebru Özkanın azad edilməsi xahiş olunub.

Özkan bir ay həbsdə qaldıqdan və Tramp-Netanyahu telefon söhbətindən bir gün sonra sərbəst buraxılıb. İsrail səlahiyyətliləri indiyə qədər onun azadlığa çıxmasının səbəbini açıqlamaqdan imtina ediblər, lakin “Haaretz”-ə Özkanın azad yox, deportasiya edildiyini söyləyiblər.

Bir İsrail rəsmisi Trampın Özkanı azad etməsi üçün Netanyahuya təzyiq göstərdiyini “Haaretz”-ə təsdiqləyib.

“Washington Post” qəzetinin verdiyi məlumata görə, Tramp ilə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 11-də NATO sammiti çərçivəsində görüşdə razılığa gəliblər.

Sövdəyə əsasən, Türkiyədə 20 ildir yaşayan amerikan-xristian pastor Endryu Branson həbsdən azad edilməli idi. Brason, Tayyip Ərdoğana qarşı 2016-cı ildə baş verən çevriliş cəhdi və PKK-nı dəstəkləyən qruplara kömək etməkdə günahlandırılıb.

İyulun 18-də məhkəmə Bransonun azad edilməsinə dair müraciətləri rədd edib. Bir həftə sonra, Çərşənbə günü Türkiyə məhkəməsi yenidən işə baxıb və son 21 ayda həbsdə saxlanılan məhbusun azadlıqdan məhrum etmə cəzasını uzadıb.

Bu qərar Bransonun tam azad edilməsini tələb edən ABŞ-ı təmin etməyib. Tramp Cümə axşamı günü Bransonun həbsinə görə ABŞ-ın Türkiyəyə qarşı ciddi sanksiyalar tətbiq edəcəyini Ankaraya çatdırıb.

“Washington Post”-un bildirdiyinə görə, Bransonun azadlığa buraxılması üçün Türkiyənin şərtləri uzun bir şikayətnamədən ibarətdir. O cümlədən ABŞ-ın Fətullah Gülənin – ABŞ-da yaşayan, çevriliş cəhdində şübhəli bilinən şəxsin ekstradisiya edilməməsi, İrana qarşı sanksiyaları pozduğuna görə “Halkbank” rəsmisinin həbs edilməsi və Türkiyəyə “F-35” döyüş təyyarələrinin təslim edilməməsi üçün Konqresin cəhdləri.

ABŞ Senatı keçən ay Bransonun həbsi və Türkiyənin Rusiyanın “S-400” hava müdafiə sisteminin satın alınmasına görə “F-35 Joint Strike Fighter” təyyarələri satın almasına maneə törədən bir qanun qəbul edib.

İndi sövdələşmə iflasa uğrayıb və məhkəmə Çərşənbə günü Bransonu həbsxanada saxlamaq qərarı çıxarıb. İttihamları rədd edən Bransonu 35 ilədək həbs cəzasına məhkum edilmə gözləyir.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu deyib: “Biz heç vaxt kiminsə təhdidlərinə dözməyəcəyik”.

ABŞ-ın vitse-prezidenti Mayk Pens Bransonu həbsxanada saxladığı üçün Türkiyəni sərt qınayıb və Ankaranı sanksiyalarla təhdid edib. “Prezident Ərdoğana və Türk hökumətinə Amerika Birləşmiş Ştatları prezidentinin adından bir mesajım var: pastor Endryu Bransonu dərhal azad edin və ya nəticələrlə üzləşməyə hazır olun”.

Ərdoğan əvvəllər Bransonun aqibətini ABŞ-da yaşayan vaiz Fəthullah Gülənlə əlaqələndirib. Lakin Gülən ən azı 250 insanın öldürüldüyü hərbi çevrilişlə hər cür əlaqəsini inkar edir.

Türkiyənin hakim AK Partiyasının sözçüsü Mahir Ünal xatırladıb ki, Vaşinqton Gülənin ekstradisiyası tələbinin ABŞ məhkəmələrinə aid məsələ olduğunu söyləyir. Bransonun taleyi də türk məhkəməsinə aid məsələdir.

Branson Türkiyənin üçüncü böyük şəhəri olan İzmirdəki kiçik bir protestant icmasına xidmət göstərən Diriliş kilsəsinin pastorudur. Onun vəkili İsmayıl Cem Halavurt şahid ifadələri əsasında müvəkkilinin sərbəst buraxıla biləcəyinə ümid bağlayırdı. Lakin Çərşənbə günü Halavurt bildirib ki, İzmir prokurorluğu işə iki yeni gizli şahid ifadəsinin əlavə olunduğunu və məhkəmənin oktyabrın 12-də onları dinləmək, yeni sübutları nəzərdən keçirmək üçün yenidən icraata başlayacağını açıqlayıb.

Birləşmiş Ştatlarla gərginlik türk lirəsinə də təsir göstərərək onu dollar qarşısında zəiflədib, investorlar narahatdır.

Bundan başqa, Bransonun məhkəməsi Vaşinqton və Ankara arasında gərginliyin yaranmasına səbəb olan bir sıra cəncəlli hüquqi hallardan biridir. ABŞ məhkəməsi may ayında sanksiyalardan yayınmağa görə türk bankirini 32 ay həbs cəzasına məhkum edib.

İki NATO müttəfiqi Suriyada İŞİD-lə mübarizədə Vaşinqtonun tərəfdaşı olan kürd milisi ilə bağlı çəkişir. Türkiyə onları ölkənin cənub-şərqində qiyamı üç ildir davam PKK-nın qolu sayır.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam