Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistan Xüsusi İstintaq Xidmətinin yeni rəisi Sorosa işləyir

 

Ermənistan Xüsusi İstintaq Xidmətinin yeni rəisi Sorosa işləyir
Ermənistan Xüsusi İstintaq Xidmətinin yeni rəisi Sasun Xaçatryan tanınmış hüquqşünas, kassasiya məhkəməsinin cinayət palatasının keçmiş sədri Mqer Xaçatryanın oğlu olmaqla yanaşı “Açıq Cəmiyyət Fondu – Ermənistan”nın (Soros Fondu) direktorlar şurasının sədri David Xaçatryanın doğma qardaşıdır.
 Yenixeber.org: Bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb. Nəşr qeyd edib ki, Soros Fondu Ermənistanda son hadisələr zamanı böyük rol oynayıb. 

“Belə ki, hadisələrdən sonra Ermənistanda 2008-ci il martın 1-də 10 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarının dağıdılmasına dair cinayət işi gündəmə gətirildi. Xüsusəndə bu işə nəzarət və araşdırma aparmaq səlahiyyəti yalnız Ermənistan Xüsusi İstintaq Xidmətinə həvalə edildi. Qısa müddət ərzində isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov və sabiq prezident Robert Koçaryana qarşı ittiham irəli sürüldü və ittiham əsasında hər iki şəxs barəsində həbs qərarı seçildi. Lakin Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb”.

Digər tərəfdən “Jamanak” nəşrinin məlumatına görə, Ermənistan Xüsusi İstintaq Xidmətinin əməkdaşları sabiq prezident Robert Koçaryanı aldadıb. Belə ki, onlar Koçaryana yalnız ifadə verdikdən sonra sərbəst buraxılcağını desələr də bu baş verməyib. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam