Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Çin ABŞ-ın İranla bağlı tələbini rədd etdi

 

Çin ABŞ-ın İranla bağlı tələbini rədd etdi
ABŞ administrasiyası Çini İrandan idxal etdiyi neftin həcmini azaltmağa razı sala bilməyib.
 Yenixeber.org: Çinlə danışıqlarda iştirak edən amerikalı məmurlar bu barədə “Bloomberg”ə məlumat veriblər. Bildirilib ki, Vaşinqton Çinlə danışıqlarda istəyinə nail ola bilməsə də, ən azı rəsmi Pekin gələcəkdə İrandan aldığı neftin həcmini artırmayacağına dair vəd verib. 

Qeyd edək ki, Vaşinqton İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirmək üçün bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini, yalnız vaxt məhdudiyyətilə bağlı xüsusi istisnaları nəzərə alacağını bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. Amerikalı rəsmi nümayəndələr həmçinin Çin, Hindistan və digər qeyri-müttəfiq ölkələri də noyabrdan İrandan neft idxalını dayandırmağa razı salmağa çalışır və bu məqsədlə onlarla müzakirələr aparır. 

Xatırladaq ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam