Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrandan ABŞ-a cavab-neft ixracını rekord həddə qaldırır

İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
ABŞ-ın sanksiyalarına cavab olaraq, İran neft ixracı həcmini maksimum həddədək artıracaq.
Yenixeber.org: “Fars” agentliyi xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Əshaq Cahangiri deyib.

“Düşmən bizim məhsulların – neft, polad və misin ixracını tam şəkildə dayandırmaq istəyir. ABŞ sanksiyalarına cavab olaraq, İran öz neftini maksimum həddədək artırmağı planlaşdırır”, - deyə Cahangiri vurğulayıb.

O, əlavə edib ki, mövcud vəziyyətdə polad istehsalı və ixracını artırmaq daha məqsədəuyğundur.

Qeyd edək ki, ABŞ 8 mayda İranla olan nüvə sazişindən birtərəfli qaydada çıxaraq, Tehrana qarşı enerji və maliyyə sanksiyalarını bərpa edəcəyini deyib. ABŞ Dövlət Departamenti bəyan edib ki, sanksiyaların ilkin mərhələsi 6 avqustdan qüvvəyə minəcək və İranın avtomobil sənayesi və qızıl ticarəti sahələrini əhatə edəcək. Digər məhdudiyyətlər, o cümlədən enerji sanksiyaları isə noyabrın 4-dən tətbiq ediləcək.

Vaşinqton açıq şəkildə bildirib ki, İranın neft ixracından əldə etdiyi gəlirləri sıfıra endirməyi planlaşdırır. Bunun üçün hətta bütün müttəfiqlərindən İrandan neft idxalını dayandırmalarını tələb edib. Əks-təqdirdə onlara qarşı daha ciddi sanksiyalar işə salacağı ilə hədələyib və heç bir müttəfiqinə güzəştə getməyəcəyini bildirib. Təzyiqlər nəticəsində artıq Cənubi Koreya son 6 ildə ilk dəfə İrandan neft alışını dayandırıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam