Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qasid müflis oldu

Qasid müflis oldu - fəaliyyət dayandırıldı

 

 

     "Xeberinfo.com": Qasid firması müflis olub və artıq qəzetlərin bu şəbəkə vasitəsi ilə pərakəndə satışı dayandırılıb. Bu barədə musavat.com-a "Yeni Müsavat" qəzetinin yayım direktoru Abbas İsmayılov məlumat verib. O, deyib ki, artıq 1 noyabrdan etibarən Qasid qəzet yayımı firması "Yeni Müsavat" qəzetini yayım üçün götürməyəcək: "Buna səbəb firmanın müflis olması və redaksiyalara satılan qəzet nüsxələrinə görə pul ödəyə bilməməsidir. Bizə rəsmən bildirdilər ki, yalnız abunələr üçün qəzet nüsxələri götürüləcək. Pərakəndə satış durdururlur". A. İsmayılov bildirir ki, baş verən hadisə "Yeni Müsavat" qəzeti üçün növbəti tiraj və maliyyə itkisidir: "Bu firmada böyük məbləğdə pulumuz qalıb. Üstəlik, yenidən tiraj itirdik. Qəzetlər üçün çox ağır bir dönəm davam edir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə çap mediasına aid KİV-lərin əksəriyyəti öz fəaliyyətlərini dayandıracaq "
     Baş hadisə ilə bağlı Qasid firmasının da rəsmi mövqeyini dərc etməyə çalışacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam