Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

“Azadlıq” qəzetinin kollektivi aksiya keçirdi


 

    "xeberinfo.com": “Azadlıq” qəzetinin kollektivi “Qasid” yayım firmasının önündə növbəti piket keçirib.

Piketə səbəb “Qasid”in qəzetə olan borcunu ödəməməsi olub. Firma qəzetə 68 min manat ödəməlidir.

“Qasid”in rəhbəri, deputat Mirkazım Kazımov kollektivin qarşısına çıxıb və bildirib ki, borclu olduqlarını danmırlar, ancaq onu əsaslı şəkildə qaytarmağa imkanları çatmır. Çünki firmanın özü də zərərdədir. Qəzet əməkdaşları isə redaksiyanın maliyyə böhranı yaşadığını, əmək haqqı ala bilmədiklərini, “Qasid”in vədlərlə keçinməsinin çıxış yolu olmadığını deyiblər. Mirkazım Kazımov qəzetə hər həftə müəyyən qədər vəsait ödəməyə çalışdıqlarını qeyd edib. Ancaq borcu nə zaman bağlaya biləcəkləri haqda konkret vaxt deməyib.

“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev hər dəfə bu cür vədlərin verildiyini, lakin əməl olunmadığını bildirdi. Rahim Hacıyev onu da qeyd etdi ki, ödəniş edilmədiyi  təqdirdə aksiyalar davam etdiriləcək.

“2013-cü ilin oktyabr ayının 1-də bizə sənəd təqdim etmisiniz. Həmin sənəddə göstərilirdi ki, “Qasid” firmasinin “Azadlıq” qəzetinə borcu 50 min 644 manatdır. Bu avqusta qədər olan borcdur. Sonrakı müddətdə də çox az ödəmələr olub. Mart və aprel aylarına görə “Azadlıq”ın əməkdaşları maaş ala bilməyib. Həftədə heç olmasa 2 min manat ödənilsin ki, vəziyyətimizin yaxşılaşmasına təsir etsin. Biz borcumuzu tələb etməkdə tam haqlıyıq. Çünki 2012-ci il aprel ayından bizə ancaq vəd verilir. Dəfələrlə görüşümüz olub hər dəfə deyilib ki, hansısa addımlar atacağıq, tədbirlər görəcəyik. Biz demirik ki, bu gün 70 min manatı pulu verin. Ancaq hissə ödənilsin, ancaq verilsin”, -deyə rahim Hacıyev bildirib.

 

Mirkazım Kazımovun “bizim firmanın başqa qəzetlərə borcu var, yalnız “Azadlıq” qəzetinin kollektivi aksiya keçirir” fikrinə Rahim Hacıyev belə cavab verdi: “Adamlar ağır vəziyyətdə olanda nə etməldiir? Etiraz etməli, etiraz aksiyası keçirməlidir? Başqaları bunu etmirsə, görünür vəziyyətləri yaxşıdır. Ola bilməz ki, hər hansı bir qəzet əməkdaşına iki ay maaş verə bilməsin, onlarda sakit otursunlar”.  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam