Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azadlıq“ “Qasid“in qarşısında aksiya keçirdi

 

"Azadlıq" qəzetinin əməkdaşları bu gün saat 12.00-da "Qasid" firmasının qarşısında etiraz aksiya keçiriblər

 

Aksiyanın səbəbi firmanın qəzetə olan borcunu müxtəlif bəhanələrlə verməməsidir.
"Xeberinfo.com": Azadliq.info-nun məlumatına görə, qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib ki, "Qasid" firmasının onlara borcu 70 min manatı keçib: "Bu vaxta qədər problemlə əlaqədar "Qasid" firmasının rəhbərliyi ilə aparılan danışıqlar və keçirilən etiraz aksiyaları heç müsbət nəticə verməyib. İş o həddə çatıb ki, firma müdirinin müavini "Azadlıq"ın nümayəndəsi ilə görüşü zamanı bildirib ki, qəzetə heç bir ödəniş etmək imkanları yoxdur. Maraqlıdır ki, "Qasid" firmasının 100-dən artıq köşkü fəaliyyət göstərir. Lakin buna baxmayaraq firmanın borcunu ödəmək fikri yoxdur. Məhz "Qasid" firması "Azadlıq" qəzetini maddi böhran vəziyyətinə çalıb. Vəziyyət o həddə çatıb ki, qəzet əməkdaşlarına may, iyun, iyul ayları üzrə maaşlarından heç bir ödəniş edə bilməyib. Bu baxımdan biz növbəti dəfə firmanın qarşısında aksiya keçirməyə məcbur olmuşuq".
"Qasid"in rəhbəri Mirkazım Kazımov problemin müzakirəsi üçün qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyevi otağına dəvət edib. Qəzetin əməkdaşları isə firmanın qarşısında "Pulumuzu tələb edirik" şüarları qaldıraraq aksiyanı davam etdiriblər.

 

Firma və qəzet rəhbərliyi arasındakı görüşün nəticəsi barədə məlumat verəcəyik.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam