Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müdafiə nazirinin keçmiş müavininin arvadı axtarışa verilib-Ermənistanda



Yenixeber.org: Ermənistan müdafiə nazirinin keçmiş müavini Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan barəsində polis axtarış  elan edib.

Ermənistan KİV-i istinadən xəbər verir ki, bunu ölkə polisinin Analtik, informasiya və KİV-lə əlaqələr bölməsinin rəisi Edqar Canoyan bildirib.

“Nazik Amiryanın axtarışı üzrə əməliyyat davam edir”, - deyə o vurğulayıb.

Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Nazik Amiryanın həbs olunması barədə qərar qəbul ediblər. Ancaq bir neçə gündür onu tapa bilmirlər.

Qeyd edək ki, Manvel Qriqoryan və onun oğlu - Eçmiadzin şəhərinin keçmiş meri Karen Qriqoryan dövlət əmlakını mənimsəməkdə ittiham olunaraq həbs ediliblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam