Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Göygöl 24 saat açıq olacaq

 

Göygöl Milli Parkı ərazisində inşa ediləcək otellər və digər istirahət mərkəzləri istifadəyə verildikdən sonra isə buraya giriş 24 saat olacaq.
"Xeberinfo.com":   Məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bioloji müxtəliflik departamentinin direktoru Vaqif Cavadov deyib. Park ərazisinə daxil olmaq uşaqlar üçün pulsuz, böyüklər üçün isə 2 manat olduğunu deyən Vaqif Cavadov deyib ki parkı çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq:
“Ərazi vətəndaşların çirkləndirməməsi üçün tam nəzarətə götürülüb. Müxtəlif yerlərdə zibil qutusu quraşdırılıb, Milli Parkın ərazisinə daxil olan turist qruplarına pulsuz zibil torbası verilməsi nəzərdə tutulub. Bütün hallarda parkın ərazisini zibilləyənləri 600 manat cərimə gözləyir”.
O, qeyd edib ki, turistlər ərazidə yalnız müəyyən marşrutlar üzrə, müəyyən istiqamətlər üzrə hərəkət edə bilər, əlavə olaraq müəyyən yerlərdən istirahət etmək üçün istifadə edə bilərlər.
Qeyd edək ki, qaydalara uyğun olaraq Milli Parka daxil olacaq hər avtomobilin sürücüsü qiyməti iki manat olan bilet almalıdır. Sonra avtomobil xüsusi yerdə parkinq olunmalıdır. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri buraya gətirmək üçün xüsusi avtobuslar ayrılacaq. Eyni zamanda ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.
AzVision.az 

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam