Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Con Makkeyn macar baş nazirini tənqid etdi

 

Nüfuzlu amerikalı senator Con Makkeyn Macarıstanın baş naziri, Rusiya ilə yaxınlığına və Putinin idarəçilik metodlarını mənimsədiyi üçün “mini Putin” adı alan Viktor Orbanı sərt ifadələrlə tənqid edib.
"Xeberinfo.com": Məlumata görə, Makkeyn “Dəliqanlılar və gözəllər” serialının prodüsseri Kolin Bellin ABŞ-ın Macarıstandakı səfiri vəzifəsinə namizəd irəli sürülməsinə qarşı çıxaraq deyib ki, Birləşmiş Ştatlar bu cür mürəkkəb siyasi situasiyanın hökm sürdüyü ölkəyə qadın-prodüsseri səfir göndərməklə ciddi səhvə yol verir.
O, Senatdakı həmkarlarını bu namizədə qarşı çıxmağa çağırıb və bildirib ki, Kolin Bell Amerika maraqları üçün mühüm olan ölkədə səfir postuna qətiyyən yaramır.
Con Makkeyn Viktor Orbanı kəskin tənqid edərək deyib ki, Macarıstan öz suverenliyini “Putinin yatağına uzanan neofaşist diktatora” güzəştə gedir.
Makkeynin ifadələri Macarıstanda qəzəb doğurub və bu ölkənin XİN-i ABŞ-dan izahat istəyib.
Xatırladaq ki, Macarıstanda sərbət toplaşmaq, söz və birləşmək azadlıqlarının sərt şəkildə məhdudlaşdırılması, Orbanı avtoritar idarəçiliyi ABŞ-ı bu ölkə rəsmilərinə qarşı sanksiya tətbiq etməyə məcbur edib.
Viktor Orban 2010-cu ildən başlayaraq Macarıstanda qanunları və konstitusiyanı dəyişdirmək yolu ilə bütün hakimiyyəti əlində cəmləyib. O, ABŞ-dan və Avropa İttifaqından qrant alan QHT-lərin fəaliyyətini dayandırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam