Daha bir maarifləndirici tədbir keçirildi - Kürdəmirdə (FOTOLAR)
Bu gün rayon İcra Hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyəti və Ağsu Regional Dövlət Miqrasiya Xidməti İdarəsinin birgə təşkilatçılığı ilə “Vətəndaşsızlığın aradan qaldırılması və qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Xeberinfo.com: Rayonun şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyələrin, ictimaiyyət nümayəndələrinin, aidiyyəti dövlət qurumlarının, təhsil, səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli, Azərbaycan Dövlət Miqrasiya Xidməti Aparatının Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi Rəfael Hüseynov, Ağsu Regional Dövlət Miqrasiya Xidməti İdarəsinin rəisi Nail Hüseynov Azərbaycan Dövlət Miqrasiya Xidməti Aparatının Vətəndaşlıq məsələləri baş idarəsinin əməkdaşı Elçin Məmmədov çıxış edərək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub. Regional idarənin və Xidmətin Vətəndaşlıq məsələləri baş idarəsinin məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat veriblər.
Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaradılmış şəraitdən söhbət açılıb. Respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasına, iqtisadi sahədə uğurlu islahatlara, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinə, tolerantlığın dünya üçün nümunə olduğuna diqqət çəkilib. Bütün bu məqamların Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici etdiyi qeyd olunub. Ölkəmizdə miqrasiya sahəsində vaxtında həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlət başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakı şəhərində və Yevlaxda müasir standartlara cavab verən
Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğu vurğulanıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib.
Vətəndaşsızlıq hallarının aradan qaldırılmısı istiqamətində Xidmətin görüdüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumatlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bildirilib ki, Azərbaycan Respublikası vətəndaşsızlıq hallarının aradan qaldırılması məqsədi ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Ötən dövrdə bu sahədə bir çox tədbirlər görülüb və uğurlu nəticələr əldə edilib.
Məlumat verlib ki, Azərbaycan Respublikasında vətəndaşsızlıq hallarının qarşısının alınması və aradan qaldırılması, o cümlədən vətəndaşsızlıq vəziyyətində olan şəxslərin sənədləşdirilməsi istiqamətində Ağsu regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan rayonlarda, eləcə də respublikamızın əksər bölgələrində indiyə qədər yerli icra hakimiyyəti orqanları ilə birgə geniş maarifləndirmə tədbirləri keçirilib, izahedici söhbətlər aparılıb və Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşlığı olmayan şəxslərin sənədləşdirilməsi istiqamətində müvafiq işlər davam etdirilir.
Tədbirdə iştirak edən yerli icra strukturları nümayəndələrinin və təhsil işçilərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbilərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin təşkili üçün köməklik göstərsinlər.
Sonda suallar cavablandırılıb.