Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Balakəndə çay daşıb, 680-dən çox evi su basıb, 8 avtomobil körpüsünü sel aparıb - FOTO - VİDEO -YENİLƏNİB-2



© Report

Yenixeber.org: Balakən rayonunda Dəli çayın daşması nəticəsində Katex kəndinin bir hissəsi ilə əlaqə kəsilib.

"Report"un Şimal-qərb bürosu xəbər verir ki, kənd ərazisində 20-dən artıq evlə əlaqə kəsilib. Kommuniklasiya xətləri sıradan çıxıb, elektrik və rabitə dirəkləri aşıb. 

Dəyən ziyan araşdırılır.


***14:05

Balakən rayonunda Dəli çayın daşması nəticəsində 8 avtomobil körpüsünü sel aparıb. 

Bu barədə "Report"un Şimal-qərb bürosuna Katex kənd icra numayəndəliyindən məlumat verilib. 

Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.


*** 13:32

Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb. 

Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam