Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı:"Azərbaycana istənilən köməkliyi göstərməyə hazırıq"

 

 

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi ilə görüşüb.

Yenixeber.org: Bu barədə səfirlikdən məlumat verilib. 

Bildirilib ki, görüşdə hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub. 

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Zəfər Mahmud Abbasi Pakistan Hərbi Dəniz Qüvvələrinin Azərbaycan Hərbi Dəniz Qüvvələrinə istənilən köməkliyi və dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. 

Görüşdə həmçinin, Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, keçirilən təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi və səfərlərin həyata keçirilməsi haqqında fikir mübadiləsi aparılıb. (report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam