Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakı məktəblisi alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb

 Paytaxt məktəblisi alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb

Yenixeber.org: Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Belə ki, idarənin tabeliyindəki 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fuad Qocayev ənənəvi enerji əldə etmək üsulundan fərqli bir metod irəli sürüb. F.Qocayev yaşayış binalarının ətrafında alternativ enerji mənbələri aşkar etmək üçün itkiyə gedən enerjini akkumlyatorlar vasitəsilə toplamaq üsulu üzərində çalışıb.

Yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi və akkumlyatorlar vasitəsilə toplaması üsulu layihənin əsasını təşkil edir. Məktəbli bunun üçün yeni qurğuların hazırlanması, onların fasiləsiz işləməsinin təmin edilməsi, alternativ enerji istehsalı və toplanması üçün təkliflər irəli sürüb. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən layihənin uğurlu inkişaf perspektivi üçün müvafiq işlər aparılır.

Qeyd edək ki, “Öz enerjisini özü yaradan evim” adlanan layihənin əsas məqsədi sərf olunan enerji resurslarının tükənməsinin qarşısını almaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək, ətraf mühitdə mümkün qədər daha çox alternativ enerji mənbələri aşkarlamaq, onlardan istifadə yollarını müəyyənləşdirmək və gəncləri bu işə cəlb etməkdən ibarətdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam